5/10
·136 syf.··
2023 60. kitabı
(Payız) Budaqların arasında O qədər dərddən söz açır ki, Küləklər. Adamlar dağ kəndində Səsindən tanıdılar payızı. Heç kimdən yan keçməz, Hətta ən adi günlərdə Laqeyd olanlardan belə - Belədir payızın ilk küləyi Qəm səpər hər könülə. *** Kim deyər, nədəndir? Amma hansısa naməlum səbəbdən Payız çağları O məchul qüssə Hamını hüznləndirir. Deyin, nədən Özümü yordum bunca Hüznlə? Olmaya, giley-güzarımdı Payızı beləcə saraldan? *** Elə hey baxıram! Yox, ola bilməz, Gözümə inanmıram! Axı bu dünyayçün Bu gecəki Ay çox işıqlıdır! Hətta doğrusu da, Axı təkcə mən baxıram... Kim inanar ki mənə, Adamlara bu gecəki Aydan Sonra danışsam belə? *** Buludu qovub Tufan səs salır hələ də... Gərək ki şam ağaclarında... Yaşıl şüalar saçır Hətta göy üzündə Ay da. Xoruzlar Bivaxt banladılar. Hə, Ay gözqamaşdıran işığıyla Bu payız gecəsi Çaşdırdı onları. *** Bax, indicə burdakı Ay da batdı Suyun ağuşunda. Doğrudanmı, nohurda Gizlənən dağlar varmış?
Səsindən Tanıdılar PayızıKolektif · Parlaq İmzalar · 20165 okunma
·
180 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.