Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

164 syf.
9/10 puan verdi
·
10 günde okudu
Fəlsəfə və elm
Kitabın başlanğıcından sonuna qədər fəlsəfənin praktik fəaliyyət olduğu göz önündə saxlanılır. Althusserin marksist olması onun fəlsəfəyə müəyyən prizmadan baxması ilə nəticələnir. Lakin mütəfəkkirin təməl düşüncəsini kənara qoyası olsaq, kitabı dəyərləndirməyə təşəbbüs göstərsək, o zaman kitabın bizi bir xeyli düşündürən olmasını göz ardı edə bilmərik. Fəlsəfənin elm ilə əlaqəsi və ya din ilə əlaqəsi, ilk dəfə fəlsəfə oxuduğum andan etibarən mənim üçün əsas suallardan biri olmuşdur. Bu təqdirdə kitabın mən də maraq doğurması başa düşülən məsələdir. Hər bir insanın bu haqda düşünməsinin vacib olduğunu düşündüyüm üçün kitabı təkidlə məsləhət görürəm. Kitab haqqında xüsusi bir sıra düşüncələrimi qeyd edib bitirəcəm (vaxtınızı çox almaq istəmərəm). Kitabın ən əsas fikri olan fəlsəfənin praktiki olması düşüncəsinə qatılmadığımı qeyd etməliyəm. Belə ki, fəlsəfə mənim üçün necə doğru düşünə bilərik sualına cavab axtaran və universal həqiqəti araşdıran, zidd düşüncələrlə inkişaf edən dünyagörüş formasıdır. Bu dünyagörüş formasını praktiki və ya teorik olaraq ayıra bilsək də, birinin digərinin üzərindən xətt çəkməsi fikrinə qatılmıram. Xülasə olaraq, fəlsəfə bu iki yanaşma metodunu da özündə birləşdirən dünyagörüşüdür. Kitab da olan digər düşüncələrə az-çox qatılır - fəlsəfənin praktiki olmasından məntiqi yol ilə çıxarılan düşüncələrdən ziyadə - və fəlsəfə ilə elm barəsində olan yanaşmalarımla üst-üstə düşdüyünü qeyd edə bilərəm. Düşünməyi sevən və qeyd etdiyim mövzular ilə maraqlanan insanların mütləq oxumalı olduğu kitabdır deyə düşünürəm.
Felsefe ve Bilimadamlarının Kendiliğinden Felsefesi
Felsefe ve Bilimadamlarının Kendiliğinden FelsefesiLouis Althusser · İthaki Yayınları · 200317 okunma
·
79 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.