Gönderi

312 syf.
·
Not rated
·
Read in 1 hours
Qadın olmaq çətindir, şərqdə qadın olmaq isə zülmətlə mübarizədir. Modern İran poeziyasının ən parlaq adlarından biri - Füruğ Fərruxzad da şeirləriylə qısa ömrünü zülmətdən işığa doğru yol almağa adayandır. Uğursuz, çox gənc yaşda edilən ailə həyatından sonra boşanmış və sərt ata tərbiyəsində böyümüş biri olaraq mental və dini dəyərləri ağır basan İranda qadın olmaq Füruğ üçün mübarizə idi. Maddi sıxıntılar içində bir tərəfdən şeirlər yazaraq, filmlər ərsəyə gətirərək yaşayırdı və rəsm çəkməyi də sevərdi Füruğ. Yazdıqları və reallıqları tənqid etdiyi üçün ölkəsində yaradıcılığına xor baxılsa da, Avropada üzərində işlədiyi filmlər üçün ən dəyərli mükafatları alırdı. Əlbəttə ki, olduğu mühitdə də yaratdıqlarına dəyər verənlər var idi, təəssüf ki, sonsuz boşluq kimi böyüyən qaranlıq cəmiyyət özünə qapanmasına, travmalarıyla üzləşməyinə səbəb olurdu. Çox gənc yaşda (32) vəfat etməsinə baxmayaraq şeirləri yazıldığı dövrü əks etdirilərək yazılıb və bu günlə səsləşməkdə davam edir, bu da Füruğun şeirlərini oxuyarkən dünən yazılmışcasına doğma hiss etdirir. Şeirləri ilk dəfə öz dilimizə çox erkən yaşda öldürülən dəyərli yazıçımız - Səməd Behrəngi tərəfindən tərcümə edib. Füruğ bir dəyərdir, çətinliklərin içindən işıq saçan sonsuz bir ümiddir. Yenidən oxunacaqlar siyahısına əlavə edilsin.. Sonda fikirlərimi Füruğun öz kəlimələri ilə yekunlaşdırırıram: "Azadam. Mənə verməyə qorxduğunuz azadlıq və mənim sizdən gizli olaraq əldə etmək istədiyim, bu səbəbdən səhvlər etdiyim azadlıq. Halbuki bu azadlığı əldə etməyim üçün mənə yardımçı olmalı idiniz, doğru olan bu idi.."
Rüzgâr Bizi Götürecek
Rüzgâr Bizi GötürecekFuruğ Ferruhzad · Yapı Kredi Yayınları · 20231,683 okunma
·
39 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.