8/10
·60 syf.··
2023 13. kitabı
Çibanlı kəndində qocaman Çinar ağacı aşır. Kəndli Səfər öncə ağacın qeyrətli olduğu üçün aşdığını düşünür. Səfərin fikrincə dibinə işədiyi ağac dözməyərək aşmışdır. Bir növ intihar etmişdir. İntihar edən ağacın fonunda Çibanlı kəndində baş verən pozğunçuluqlara şahid oluruq. Əslində ağacın dibinə işəmək yüngül bir işdir. Kənddəki pozğun hadisələrin sayı bir deyil, iki deyil. Əsərə bundan yaxşı ad tapıla bilməzdi. "Pozğun" əsərini "Çöl" romanın içində oxumuşdum. Kitab ayrıca da nəşr olunmuşdur. Təəssüf ki, ayrıca nəşr olunan kitabın nəşri tükənmişdir. O səbəbdən oxumaq istəyən olarsa müəllifin "Çöl" kitabını ala bilər.
PozğunKəramət Böyükçöl · Zero Nəşriyyatı · 20147 okunma
·
180 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Çöl var məndə onu oxumamışam amma pozğunun ayrı nəşri də var imzalı. Onda Kəramət arvad döyməmişdi hələ
Nicat Shukurlu
Gönderi Sahibi
Mən də bir "Çöl" kitabı var. İmzalatmışam. Facedə soruşdum özündən "Pozğun" əsərinin ayrıca nəşri bitib. Şiddətə qarşıyam. Amma bir yazıçı arvadını döyüb deyə onun kitabını oxumamaq olmaz məncə. O qədər məşhur yazıçıların pis əməlləri var ki. Gərək heç birinin kitabını oxumayaq.