Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

360 syf.
·
Puan vermedi
Əyləncəli, yumoristik və oxuduqca rus'ların köhnə dövr komediya kinolarını xatırladan (hansı ki, bir çoxumuz baxmışıq - brilyant əl və bunun kimi digərləri) bir roman. Əsər İppolit (qısaca Kisa ) və Bender'in kitabın adından da göründüyü kimi 12 stul macərasından bəhs edir. Hansı ki, bu stullar Kisa'nın ölüm döşəyində olan qayınanası tərəfindən, Kisaya dediyi son sözlərindən sonra - '' stulların birində brilyantlarım, mirvari sepim və digər qızıllar var '' deməsi ilə gündəmə gəlir. Benderin bu stullardan xəbər tutması Kisanın zəifliyinə görə olur. Öz işini özü görsə idi Bender bu hekayədə olmazdı. Lakin, ortaya sual çıxır ki, Kisa bu işi tək görə bilərdimi? Bender'də olan girişkənlik, ''jivoy''luq Kisa'da qəti görsənmirdi, hətta brillyantlar tapılsa Bender Kisa  ilə ilk dəfə söhbət edərkən xəzinənin 60%'ni belə tələb etmişdi. Gedişat rəngarəngdi çünki 12 stul'un hər biri müxtəlif yerlərdi idi - alınıb, paylanılıb və ya muzey tərəfindən hərraca çıxarılıb. Macəra indi başlayır. Rusiya daha doğrusu SSRİ'də yerləşən bir sıra şəhərlərə səyahət olunur (hətta Bakıya da gəliş var, amma bu səyahət bizim qəhrəmanlar tərəfindən deyil, onu siz oxusanız biləcəksiniz). Əsər boyu biz Kisa'nın psixoloji durumunu və xasiyyətinin necə dəyişdiyini görəcəyik. Bunu ən yaxşı Breaking Bad izləyənlər biləcək ki, 2 il ərzində Walter necə bir dövr keçmiş, necə bir insana çevrilmişdi. Çətinliklər, ''etmərəm'' dediyimiz şeyləri məcbur qalıb etdikdə insana necə təsir edir və onu necə formalaşdırmasını Kisa'da görmüş oluruq. Əsər həm də yeni yaranmış sovet rejimini də yadda çıxartmır, oktyabristləri də yad edir, bu tip fikirləri Benderin fırıdaq işlətdiyi zaman insanlarla münasibət qurduğu müddətdə biz görürük. Kitabın sonunda Kisa'nın etdiyi hərəkətlər xoş olmadı mənə. Gözləmirdim. Brilyantlar tapıldımı? Tapılır təbii ki, amma necə tapılır... Bəzən sıxıla bilərsiniz oxuduqca, ancaq ümumi baxanda maraqlı bir əsər idi.
On İki Stul
On İki StulYevgeni Petrov · Qanun Nəşriyyatı · 2011170 okunma
·
124 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.