Gönderi

"Heç bir yaşamın sonsuz olmadığı, Ölülərin əsla dirilmədiyi".
Puan vermedi·392 syf.··
2023 36. kitabı
Dünya ədəbiyyatı fənnindən imtahanım olmasaydı, bəlkə də bu əsəri oxuyan deyildim.)Amma yaxşı ki,oxudum dediyim kitablardan oldu.Hətta,imtahan sualıma da Cek Londonun yaradıcılığı düşdü))Əsərdə insanın eşq uğurunda dəyişməsindən söhbət gedir. Martin İden 21 yaşlı dənizçi idi.O,iş görməyi sevməyən biri idi.Bir gün o, küçə quldurlarından Artur adlı oğlanı xilas edir.Artur ona təşəkkür etmək üçün,onu evlərinə dəvət edir.Artur Martinin yaşında olan(21),yüksək təbəqənin, burjua ailəsinin üzvüdür.Martin onlarda qonaq olarkən,Arturun ailəsinin savadına heyran qalır.O burada Arturun bacısı Rufa aşiq olur.Ruf Martinə ingilis dilində danışmağı öyrədir.Ruf savadlı,ziyalı,ədəbiyyatı sevən qız idi.Martin isə yarımtəhsilli idi.Bundan sonra Martin eşqi uğrunda dəyişməyə başlayır.O, qarşısına Ruf qədər savadlı olmağı məqsəd qoyur.O məqalələr yazmağa başlayır.Məqalələrini qəzət redaksiyalarina yollayır,amma yazdığı məqalələr qəbul olunmur.Lakin gözləmədiyi bir anda onun məqalələri qəbul olunmağa başlayır.Martin İdenin yazılarını hamı oxumağa başlayır.Martin İden şöhrətli sənətkarlardan birinə çevrilir.Ruf isə Martinin savadlı olmasından sonra onunla birlikdə olmaq istəyir,amma Martin qəbul etmir.Martin bu zaman anlayır ki,o Rufa yox xəyalındaki ideal qıza aşiq olub.Bundan sonra isə Martinin əsərlərinin dərc olunmasında kömək edən dostu intihar edir.Martin bundan çox sarsılır.Artıq o, keçmişdə onun üzünə baxmayan insanların indi onu sevdiyini, ikiüzlülük etdiyini görür.Martin həyatdan zövq almamağa başlayır.Qazandigı pulu ailəsi və dostları arasında bölür, özü isə gəmi ilə cənuba açılmağı qərara alır.Gəmidə sıxıldığı üçün kitab oxumağa başlayır.Kitabda oxuduğu bu misralar onu intihara sövq edir. "Heç bir yaşamın sonsuz olmadığı, Ölülərin əsla dirilmədiyi". Onun üçün artıq zəngin və məhşur olmağın heç bir önəmi yox idi. Həyatda əsl sevgi olmadan yaşamağın bir mənasının olmadığını düşünür. Bunun məntiqi nəticəsi kimi özünü dənizə atır. Ciyərlərini nəfəslə doldurub gedə bildiyi qədər dərinə üzür. Dərinə getdikcə təzyiqdən qulaqları partlayır, yuxarıya üzmək üçün cəhd göstərsə də artıq ölmək üzrədir.
1000Kitap
Martin İdenJack London · Qanun Nəşriyyatı · 2025134,8bin okunma
·
1 +1'leme
·
122 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.