Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

992 syf.
·
Puan vermedi
·
35 günde okudu
"Düzeltebileceğin kadarını düzeltip yola devam ediyorsun, öğrenebileceğini ümit ediyorsun. Yolu öğrendin diye mücadele bitmiyor. Tam o an başlıyor." Hər vaxtınız xeyir olsun dostlar. Ümid edirəm ki, həyatınızda hər şey qaydasındadır. İnstagramda sevərək izlədiyim kemale_bookun tövsiyyəsilə alıb oxuduğum Bronz atlı irihəcmli seriya kitabının son bölümü olan 989 səhifəlik Yaz Bahçesində, Alexandr və Tatyananın enişli-yoxuşlu evlilik həyatından bəhs edən kitabda, onların ailə həyatı Anthonynin gəlişi ilə daha da rənglənir. Yazar bu kitabda bir az açıqlığa yol vermiş, evlilik həyatının sadəcə yataqdan ibarət olduğu hissi yaratmışdı. Alexandrın dəyişməsi, Tatyananın başqa xəyallara düşməsi... Hardan, hansı çətinliklərdən keçib, bu ailəni qurduqlarını unudub, ara-ara Alexandrın tərs üzüylə rastlaşdıq. Tibb bacısı olaraq işləməyə başlayan Tatyananın iş həyatı, ailə həyatına əməlli başlı mənfi təsir göstərir. Kitabın sonlarına doğru oğlu Antonynin itkin düşməsi hekayəyə həyəcan qatır. Atasının oğlu olaraq savaş əsgəri olmağa qərar verən Antony, ata-anasının bütün cəhdlərinə baxmayaraq yolundan dönmür. Böyük çətinliklərdən keçərək qurduqları evlilik həyatının sonrakı illərdə necə də dəyişdiyini, hisslərin, istəklərin bitib, tam bir işgəncəyə döndüyü, sonradan isə bir-birilərindən başqa sığınacaq heç nələri olmadığını anlayıb, bu yolu davam etdirən iki insanın romantik başlayan hekayəsi beləcə dörd oğul övladı və nəvələri ilə taclanaraq nöqtələnir.
Yaz Bahçesi
Yaz BahçesiPaullina Simons · Pegasus Yayınları · 2018242 okunma
·
326 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.