Gönderi

Behcətabad Xatirəsi
Ulduz sayaraq gözləmişəm hər gecə yarı Gec gəlmədədir yar, yenə olmuş gecə yarı Gözlər asılı, yox nə qaraltı, nə də bir səs Batmış qulağım, gör nə düşürməktədi darı Bir quş, ayığan, söyləyərək gahdan iyildər Gahdan onu da yel diyə lay-lay huş aparı Yatmış hamı, bir Allah oyaqdır, daha bir mən Məndən aşağı kimsə yox, ondan da yuxarı Qorxum budu yar gəlməyə birdən yarıla sübh Bağrım yarılar, sübhüm! açılma səni tanrı Dan ulduzu istər çıxa göz yalvarı çıxma O çıxmasa da ulduzumun yoxdu çıxarı Gəlməz tanıram bəxtimi indi ağarar sübh Qaş belə ağardıqca daha baş da ağarı Eşqin ki qərarında vəfa olmayacaqmış Bilməm ki təbi’ət niyə qoymuş bu qərarı Sanki xoruzun son banı xəncərdi soxuldu Sinəmdə ürək varsa kəsib qırdı damarı Rişxəndlə qırcandı səhər söylədi: durma Can qorxusu var eşqin, utuzdun bu qumarı Oldum qaragün ayrılalı o sarı teldən Bunca qara günlərdi edən rəngimi sarı Göz yaşları hər yerdən axarsa məni tuşlar Dəryayə baxar bəllidi, çayların axarı Əz bəs məni yarpaq kimi hicranla saraldıb Baxsan üzünə sanki qızıl güldü qızarı Mehrabe-şəfəqdə özümü səcdədə gördüm Qan içrə qəmim yox üzüm olsun sənə sarı Eşqi varıdı Şəhriyarın güllü-çiçəkli Əfsus qara yel əsdi xəzan oldu baharı
Muhammed Hüseyin Şehriyar
Muhammed Hüseyin Şehriyar
·
77 views
Aybəniz İmanlı okurunun profil resmi
Şeirin yazılma səbəbi...🍂
Sabina okurunun profil resmi
🤫🥺
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.