Çox sevdiyim obraz olan Ovod haqqında 2-ci kitabdır. Hətta onun cümlələri olmasaydı belə təkcə onun təsviri insanı qəribə bir şəkildə özünə çəkir. Renenin düşündüyü kimi, "Rivares sadəcə bir küncdə oturub ağzını açmadan döşəməyə baxsa da, elə bil onun bütün varlığını ələ keçirir." Onu anlamaq bəzən çətindir, amma bu vacib deyil; o dostları tərəfindən sevilir.