Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

112 syf.
8/10 puan verdi
·
20 saatte okudu
Lev Tolstoy - İvan İliçin Ölümü Tolstoy ilə ilk tanışlığımı məhz bu kitabdan başladım. Fikirlərimin qarışıq olduğu həmin anda mənə çox doğma gəldi bu kitab. Kitabın adından da bilindiyi kimi burada ölümdən söhbət gedir. •Əsərin baş qəhrəmanı İvan İliç, ağır xəstəliklə üz-üzə durur. Lakin onu öldürən təkcə xəstəliyi yox, xəstəlik boyu çəkdiyi həm mənəvi, həm də fiziki əzablar idi. Ölüm nədir? Mən ölsəm nə olar? fikirləri ilə əlbət insan heç olmasa bir dəfə qarşılaşmışdır. Bəs İvan? O bunlara qarşı necə idi? "..ölümü başa düşmürdü, heç cür anlamırdı." (səhifə 65) Ölüm ayağında onu heç kəsin anlamamağı, onun yaşadıqlarını təsəvvür belə etməmələri, tək qoymaqları İvan İliçə pis təsir etmişdi. "Ölümün astanasında bu cür yalqız yaşamağa məcbur idi, çünki onu başa düşüb dərdinə şərik olan heç kim yox idi." (səhifə 56) Ölümünə saatlar qalmış hər şeyi qəbullanmağı, və ölənin İvan yox, "o" olduğunu anlaması məni boğdu. Kitabın hər sorğusunu oxuyarkən, İvan İliçin hər sualını düşünərkən sanki boğulurdum, çünki bu fikirlər insanı darlayırdı. Kitabı özümə daha yaxın hiss etməyimin başqa səbəbi də, həmin anki həyatım da oldu. Çünki axır-əvvəl bu son gələcək və bir gün ölümün nə olduğunu anlayacağımız fikirləri məni həmin ərəfə çox düşündürürdü. "Qurtaran ölümdür... O daha yoxdur..." (səhifə 107) Kitabın sevdiyim digər yanı isə Rus mədəniyyəti və keçmiş dövrdəki yaşam tərzi, insanların davranışları idi. Mən bu tip "rus" şeyləri sevdiyimə görə, Tolstoyla tanış olmağa əminliklə davam edəcəyəm. 8/10
İvan İliçin Ölümü
İvan İliçin ÖlümüLev Tolstoy · Parlaq İmzalar Nəşriyyatı · 201945,6bin okunma
·
28 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.