Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Ana
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola, Ürək süqut eləməz aldığı mətanətdən. Ricavü xəvfə məkan vermərəm gər alimlər Min il də vəz edələr dəhşətü-qiyamətdən. Pələnglər tuta dövrüm, çəkinmərəm əsla, Və ya ki, vəd edələr dövləti-cahanı mənə Ki, bir kəsə baş əyib içzimi bəyan eləyim, Əyilmərəm nə ki yer, versələr səmanı mənə. Yanımda gər dura cəllad əlində şəmşiri, Ölüm gücilə mənə hökm edə olum təslim, Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun Gücilə xalqa həqiranə eyləyim təzim? Cahanda yox elə bir qüvvə baş əyim ona mən, Fəqət nə güclü, zəif bir vücud var, yahu, Ki, hazıram yıxılıb xaki-payinə hər gün, Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o? Ana! Ana!.. O adın qarşısında bir qul tək Həmişə səcdədə olmaq mənə fəxarətdir, Onun əliylə bəla bəhrinə yuvarlansam, Yenə xəyal edərəm bəzmi-istirahətdir. Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn! Atıl cahana sən, ey ildırım, alış, parla! Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl! Sön, ey günəş, yağışın yağdır, ey bulud, ağla! Bunlar mənə əsər eylərmi ? Mütləqa yox! Yox!- Yox!!! Fəqət Ana! O müqəddəs adın qabağında- O pak bağrına bassın məni, desin layla, Təbəssüm oynadaraq titrəyən dodağında. Bütün vücudum əsər, ruhum eyləyər pərvaz, Uçar səmalara o, aləmi-xəyalətdə. Yatar, ölər bədənim, nitqdən düşər bir söz: -Ana… Ana… Sənə mən rahibəm itaətdə!.. Aman… Aman!... Bu müqəddəs vücudu mümkünmü Ki, bir taqım canavar zülmnən şikar eləsin?! Yıxıb da xaki-rəzalətdə, tapdayıb əzərək, Ayaqlar altına torpaq kibi nisar eləsin ?! Zəlilü-xar edərək məhbəsi-əsarətdə, O şanlı qollarına zülminən vurar zəncir. Niyə? Neçin? Hanı vicdan? Hanı ədalət bəs? Neçin də parlayıb etməz cahanı bir tənvir? Aləmi, ədl-ədalət üzüldü dünyadən, Neçin nəsibim edibsən bu zülm- dövranı. Ey asiman, dağıl, ey zöhrələr axın, tökülün, Ki, aləmi-bəşəriyyət unutdu vicdanı.
Cafer Cabbarlı
Cafer Cabbarlı
··
1 artı 1'leme
·
903 görüntüleme
Günay Qasımzadə okurunun profil resmi
Bu şeiri əzbər bilirdim 😍😍🩷
Y.Mən okurunun profil resmi
Eynən ,məncə ən gözəl ana şeiridir☺️☺️
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.