Gönderi

Dəlixanadan məktub:
Salam, mənim sevgilim, indi saat gecədir. Bilirsən, mən dəliyəm, sənin ağlın necədir? Bilirsənmi, vurulmaq, burda günah sayılmır.. Dəlilərin çiynində günahları yazılmır. Bircə səni görməkdi indi ən böyük dərdim, Elə darıxmışam ki.. Gəlsən səni öpərdim.. Burda hər yer zəncirdi, bağla, yatsın həsrətin. Gəl birlikdə çıxardaq dəliliyin ləzzətin.. Bir az da dəli olsam, işim rahatdı birdənəm.. Tək otaq verəcəklər, səni tənha düşünüm. Elə rahat gəzirəm saçlarım darmadağın. Siqaret tüstüsündən sapsarıdı barmağım. Səhv danışsam bağışla, ağlamağa hazıram. Axı dəli olmuşam bilmirəm nə yazıram.. Salam, mənim əzizim indi saat gecədir. Bilirsən, mən dəliyəm, sənin halın necədir? Gəl.. Göylərə baxıram yanıram ölməkçün..
··
394 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.