·334 syf.····Okunma: 19 Haziran 2023 21:50 "Sənə deyəsi o qədər sözüm var ki..." kitabın adını ilk oxuduqda məncə hamının ağlına kitabın mövzusunun "sevgi" olduğu gələr və ya kitabı ilk oxumağa başlayanda bir "detektiv" kitabı kimi görünə bilər, amma bu qədər deyil, kitabda o qədər mövzuya toxunulur ki, bir sözlə kitabı ifadə etmək qeyri-mümkündür.
↓spoiler↓ Kitab haqqında danışmaq yerinə səhvən kitabın özünü danışmışam. (Yazdıqdan sonra silməyə əlim gəlmədi.)
Kitab Lidiyanın anası Merilinin kiçikliyi ilə başlayır. Onun anası hər zaman ona bir evdar qadının necə olması ilə bağlı öyüdlər verir, amma Merilin bunları heç vaxt dinləmir, çünki o anası kimi ev işləri ilə məşğul olmaq istəmirdi, çünki o anası kimi bir ər tapıb bütün ömrü boyu ona qulluq eləmək fikrində deyildi. Merilin həkim olmaq istəyirdi və bunun üçün çox çalışırdı. Amma bir gün dərslərinə bir çinli müəllim girir, tələbələrin bir çoxu ona qəribə gözlərlə baxıb bir müddət sonra sinifi tərk eliyir, amma Merilin axıra qədər oturur və dərs bitdikdə həmin müəllimin-Ceymsin otağına gedir.
Daha sonra Lidiyanın atası Ceymsin həyatından danışılır. Atası həmişə çinli olduğu üçün ətrafındakılar tərəfindən qeyri-etik sözlər və hərəkətlərə məruz qalır və o həmişə digərlərindən fərqli olduğu üçün özünü pis hiss edir.
Sonra Merilin və Ceyms evlənirlər və oğulları Natan doğulur. Üç il sonra isə Lidiya anadan olur. Lidiya 5 yaşında olana qədər hər şey normal olur, ancaq bir gün anaları her şeydən peşman olur-evlənməyindən, iki uşağının olmasından, tamamilə ev işləri ilə məşğul olmağından, bir sözlə, eyni anasının ondan istədiyi kimi bir həyat yaşamağından. Sonra öz istədiyi həyatı yaşamaq üçün evdən qaçır, iki ay müddətində dərsləri ilə məşğul olur, lakin yenə hamilə olduğu xəbərini alır və artıq evə qayıtmalı olur. Artıq özünü yox qızını oxudub, həkim etmək fikrinə düşür və Lidiyanın dərdləri elə bugündən başlayır.
Artıq Merilin sadəcə böyük qızı ilə məşğul olur, nə oğlu, nə də yeni doğulacaq körpəsi onu maraqlandırır. Ceyms də Merilin kimi edir sadəcə Lidiyaya dəyər verib digər uşaqlarını unudur. Onun anası hər zaman ona bir iş qadının necə olması ilə bağlı öyüdlər verir, ona bu mövzu ilə bağlı kitablar alır və bununla da artıq tamamilə anasına çevrilir. Amma buna Lidiya ölənə qədər fərqinə varmır.
↑spoiler↑
Ən pis hissə də elə burasıdır kimsə ölənə qədər insanlar etdikləri səhvdən xəbər tutmurlar.
Bundan əlavə kitabda xəyanət də var. Eyni formada həmcinsinə qarşı sevgi də.
Mənim bu kitabda da ən sevmədiyim yer yenə sonluq oldu, kitab bitdi amma mənim ağlımda çoxlu cavabsız sual qaldı.
Fikrimcə oxunmağa dəyər bir kitabdır, xüsusilədə Merilin və Ceyms kimi valideynlər tərəfindən..