Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

198 syf.
8/10 puan verdi
·
13 günde okudu
Beyin, David Eagleman tərəfindən 2016da yazılmış elmi kütləvi janrda olan bir kitabdır. Kitabda insan orqanizminin ən mürəkkəb orqanı olan beyinin insan davranışlarına, xarakterinə, verdiyi qərarlara olan təsirindən bəhs edir. Əslində buna təsiri demək düzgün olmaz, bizim bütün qərarlarımız və davranışımız bilavasitə beyinin məhsuludur. Bizə stəkanı qaldırıb su içmək kimi normal gələn hadisələrin əslində çox mürəkkəb proseslər olduğunu, buna baxmayaraq beyinimiz bütün bu hadisələrin öhtəsindən rahatlıqla gələ biləcək potensiala malik olduğunu göstərir. Təxəyyülümüzə gətirəmə bilməyəciyimiz sayda neyronlar, təxəyyül edə bilməyəcəyimiz sayda bağlantılar quraraq bizi şəxsiyyət kimi formalaşdırır və bizə bizi biz edən (:D) xüsusiləri qazandırır. Başqa sözlə desək başımızın içində tamam ayrı bir kainat gizlənib və ən az onun qədər mürəkkəb quruluşlu və unikaldır. Əgər kitabı oxumağa həvəsiniz yoxdursa müəllif tərəfindən yaradılmış eyniandı sənədli filmə baxmağınızı şiddətlə tövsiyə edərdim. Əminəm ki, kitab sizə özünüzü tanımaq yolunda çox şey qatacaqdır. Çünki beynimizi tanımaq elə özümüzü tanımaq deməkdir. Və bu kitab bizi özümüzə çox yaxşı tanıdır.
Beyin: Sənin Hekayən
Beyin: Sənin HekayənDavid Eagleman · Qanun Nəşriyyatı · 20205,6bin okunma
·
35 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.