Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

284 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Mərtəbələr...
Bir insanın əlindən dəyərlərini alsanız, nə olar? İnandıqlarını itirən insandan geriyə nə qalar? Elatlının sayəsində qarşımda açılan o böyük, füsunkar pəncərədə gördüm mən bunu; günahlardan uzaq durmağın da bir bədəli olurmuş, vicdan əzabı çəkməkdən gen durmaq insanın günün birində dönüb taleyini dəyişən imtahanı olurmuş. Təkcə İbrahimin faciəsini oxudum kitabda. Ancaq xəyal dünyamda neçə-neçə İbrahimləri gah yaratdım, gah öldürdüm. Real həyatda müşahidə etdiklərimizi sətirlərdən oxumaq bəzi şeylərin daha ciddi fərqinə varmağımıza səbəb olur. Gündəlik həyatda çoxumuz səthi yanaşırıq mənəviyyatla bağlı məsələlərə.Və bizim bu səthiliyimiz nə zamansa birini məhv etməyə qadir olur. Sonrası ömürboyu dinməyən əzab, peşmanlıq hissi... Fərqli uşaq olub o, fərqli oğul, fərqli yoldaş, fərqli ata. Ömrünün bütün mərhələlərində özünü ikinci planda görən İbrahim çox çalışıb, əlindən gələni edir ki, nəfəs aldığı müddətcə namuslu, dəyərlərinə sadiq yaşasın. Bəs bunda yanlış olan nədir ki, ondan faciə törəyir? Elatlı deyir ki, "Çalış öz mərtəbəndə sakitcə yaşa. Özündən yuxarı mərtəbələrə baxma, aşağılara bax". Mərtəbələr... İbrahimin faciəsi ailəsinin olduqları mərtəbəni sevməməsi ilə başladı, nifrət hissi evinə kök saldıqdan sonra yekunlaşdı. Bir İbrahim düşünün. İllər boyu fədakarlıq etsin, özünü unudub həmişə başqaları üçün yaşasın, gecəsini gündüzünə qatıb elə hey işləsin.. Nədir ki, övladlarını məsud edəcək. Nədir ki, xanımına yaxşı həyat yoldaşı, anasına yaxşı övlad, bacısına yaxşı qardaş olacaq. İbrahim onları yaşatmaq üçün xəyallarını belə əlinin tərsi ilə itələdiyi bu ailədə xoşbəxt ola bilirmi axıra qədər?Təəssüf.. O, ona doğma olan insanların əhatəsində zamanla təklənir, tənha qalır, yadlaşır. Bircə nəfər tapa bilmir ki, dərdini danışsın. Vaxt gəlir, acı, zəhərli sözlərini ondan əsirgəməyən canının parçalarını, yoldaşını görmək belə istəmir. Anlayışsız, narsist, toksik insanlarla mübarizədən yorulur İbrahim.. İtirir onu insan edən müqəddəsləri.. Beləcə öz içindən yıxılır adam... Romanın məni bu qədər sarsacağını təxmin etmirdim. Bitirdiyim andan hey fikirləşirəm. Öz-özümlə danışıram, susuram... Suallar, cavablar, doğru, yanlış,16 mərtəbəli bina, 1-ci, 2-ci, 3-cü, ...sonuncu.
Mərtəbələr
MərtəbələrElxan Elatlı · Teas Press · 0413 okunma
·
118 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.