Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

144 syf.
·
Puan vermedi
·
Beğendi
George Orwell «Heyvanıstan» əsərində siyasətin həqiqi üzünü asan dildə insanlara başa salmaq istəmişdir. Bir növ müəllif heyvan simvolları vasitəsi ilə müəyyən fikri üstüörtülü şəkildə oxuculara çatdırmışdır. Əsərin əvvəlində insanlar tərəfindən heyvanlar üzərində avtoritar rejimin hakim olduğunu görürük. Yaşlı mayor donuz ölümündən qabaq heyvanlar arasına bərabərlik və azadlıq ideyaları gətirir. Bu obrazın siyasi lider Leninin timsalı olduğunu açıq şəkildə görmək mümkündür. Leninin ölümündən sonra nəşinin uzun müddət saxlanılması ilə qoca mayorun sümüklərinin saxlanılması bir-biri ilə səsləşir. Digər heyvanlar da, xüsusən donuzlar bu ideologiyalarını davam etdirirlər. Napoleon-İosif Stalin, Snowball-Leon Troçkini simvolizə edən əsər qəhrəmanlarıdır. İnsanı devirən heyvanların başına donuzlar keçir. Hər şeyi heyvan bərabərliyi üçün edən bu ikili yola verməsələr də 7 bəndlik əsasnamə hazırlayırlar. Napoleonun əmri ilə Snowball ''xalq düşməni'' damğası ilə tərbiyələndirdiyi vəhşi itlər(KQB simvolu) tərəfindən qovulur. Beləliklə hakimiyyət bir donuzun əlinə keçir. Səslərini çıxarmayan heyvanları isə dəhşətli aqibət gözləyir. SSRİ-də (1937-38) olduğu kimi heyvanların etmədiyi əməllər zorla onların  üzərinə qoyulur və vəhşi itlər (KQB) tərəfindən öldürülür. SSRİ-də baş vermiş bu qanlı həqiqəti biz İ.Əfəndiyevin «Sevgilərin cəhənnəmdə vüsalı» pyesində görə bilərik. Bütün bu olanlara baxmayaraq Napoleon xəstələnəndə heyvanlar təşviş keçirirlər. Cəllədına aşıq olmuşsa bir millət, İstər azan, istər zəng dinlət. Etiraz etmirsə sürü kimi illət, Layiqdir ona hər cür zillət.                      Ömər Xəyyam Din barəsində söhbəti qarğa (uzun ömürlülük simvolu) edir. Noğul dağı adlı rifah bir yerin olduğunu deyir. Donuzlar buna inanmasa da qarğanı qovmurlar. Çünki SSRİ-də olduğu kimi insanları bir-birindən ayıraraq həm cahil, həm də ateist etmək istəyirlər. Napoleon tərəfindən qoyulan 7 bəndlik əsasnamə tədricən dəyişdirilir və heyvanların yaddaşından silinir. Təkcə Corcun hakimiyyətə gəlməsini istəmədiklərini bilən heyvanlar hər zülmə tabe olurlar. Verilən vədlər, deyilən sözlər öz yerini tapmır, iş saatı uzadılır, qida azaldılır. Bununla keçinməli olan heyvanlar sanki görünməz bir qüvvə tərəfindən tilsimlənmişcəsinə yaşayırlar. SSRİ-də olduğu kimi klişe şüarlar öyrədilir və heyvan beyninə təsir olunur. Hər şeyi birinci qəbul edənlər isə qoyunlardır. Sonda özlərini ''bərabərliyə'' həsr etmiş donuzlarla (komunist) insanların (kapitalist) iş birliyi baş verir. Əsərin sonluğu oxuculara buraxılır. Bununla da taleyimizi öz əllərimizdə olduğu bizlərə çatdırılır. Siyasətin bir oyun, siyasətçilərin isə baş oyunçu kartları olduğu əsər boyu görünür. Bu fərqli kartlar(fərqli ideologiyalar) öz şəxsi mənafeləri üçün bir yerə gələ bildikləri əsərin sonunda vurğulanır. Sadəcə kommunizm deyil kapitalizm də tənqid olunmuş olur. Necə deyərlər «İngiltərənin əbədi düşməni yoxdu, onun əbədi maraqları var». Azadlıq istəyən xalq yalnız ideologiyanın əvvəlinə baxmamalı gedişatını da izləməlidir ki, sonradan ''azadlıq'' köləsi olmasın.  
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2013245,9bin okunma
·
191 görüntüleme
Günay Qasımzadə okurunun profil resmi
İncələmə mənə aid deyil .
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.