8/10
·288 syf.··
Beğendi
·
2023 9. kitabı
·
48 günde okudu
·
Okunma: 29 Haziran 2023 16:42
Uzun bir müddətdir ki, Ikigai kitabı haqqında çox eşidirdim və oxumaq istəyirdim. Yaponların həyat tərzi və düşüncə tərzi mənə maraqlı gəlirdi. O kitaba hələ də başlaya bilməsəm də Erin Niimi Longhurstun Japonizm kitabını oxumaq nəsib oldu. İlk öncə onu qeyd edim ki, kitabın dizaynı və içərisində olan şəkillər məni valeh etdi. Düzü bu günə kimi heç bir kitabın dizaynı bu qədər diqqətimi cəlb etməmişdi. Gəlim əsas kitabın mövzusuna. Yaponiya haqqında və həmçinin yaponların həyat tərzini öyrənmək istəyirsinizsə, mütləq bu kitabı oxuyun. Və bir gün Yaponiyaya yolunuz düşsə, bu kitab sizin yol yoldaşınız ola bilər, orda olan çay və yemək mədəniyyəti haqqında çox məlumatlı olarsınız. Bunlardan başqa kitab fərqindəlik qazanmaq, həyatınızı daha yaxşı yönə dəyişmənizdə köməklik edəcək və elə ən çox bəyəndiyim hissələr bunlar idi. Hər kəsə xoş mütaliələr!
Japon Kültürü
JaponizmErin Niimi Longhurst · Pegasus Yayınları · 201988 okunma
·
112 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.