Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

288 syf.
8/10 puan verdi
·
9 günde okudu
Hamımızın içindəki şeytan..
Səbahəddin Əlinin ikinci kitabıdır ki, oxudum. Həqiqətən də, psixoloji analiz çərçivəsində obrazlarının hiss və düşüncələrini olduqca usta şəkildə təsvir edir. Əksər yazıçılar obrazın təsviri zamanı, əsasən, xarici quruluşunu təsvir edir. Bəzən bu cür təsvirlər məni çox yorur. Lakin Səbahəddin Əli obrazın daxili və xarici aləmini olduqca fövqəladə təsvir edir. Daha öncə oxuduğum
Xəz Paltolu Madonna
Xəz Paltolu Madonna
kimi olmasa da, bu kitab da maraqlı idi. Daxili dünyamıza səyahət üçün gözəl seçimdir. Əvvəla, onu qeyd edim ki, ən sevdiyim musiqi qruplarından biri olan "Dolu Kadehi Ters Tut"un "Belki" mahnısından sonra bu kitabı oxumalı olduğumu düşündüm.( Bu arada, qrupu və musiqilərini də tövsiyə edirəm). Yəqin ki, hamımız həyatımızda ən az bir dəfə bu kitabdakı obrazların psixoloji vəziyyətlərini yaşamışıq, yaşayırıq, ya da yaşayacağıq. Əgər siz də özünüzlə yalnız ikən başqa biri, insanlarla isə tamam başqa biri kimi olursunuzsa, buyurun oxuyun. Kitabda əsas obrazlar Ömər, Macidə və Bədridir. İlk başlar hər şey normal və sakit irəliləsə də, daha sonra Ömərin daxilindəki "şeytanla" mübarizəsinə şahid oluruq. Ömər zamanla artıq öz varlığından belə narahat olur, öz zəifliyini, iradəsizliyini, qorxaqlığını içindəki şeytanla əlaqələndirir. Belə ki, məsələn bir insan sevdiyinə xəyanət edirsə, səbəbi insanın özü deyil, içindəki pis niyətli şeytandır. Amma zamanla anlayır ki, burada şeytanlıq heç nə yoxdur. İçimizdə şeytan yoxdur. Bu iradəsizlik, özünə sadiq qala bilməməsidir. Ömər özü ilə başqa cür, insanlarla başqa cür biri idi. Özünü tapa bilmirdi, istədiyi kimi formalaşdıra bilmirdi. Macidənin onun dəyişəcəyinə inansa belə, bir insanı ən yaxşı anlayan da, anlamayan da özüdür. Ömər də bununla razılaşdıqdan sonra artıq öz dünyasına çəkilməyə, onu yenidən inşa etmək qərarına gəlir. Digər obrazımız Macidə isə, hər şeyi sorğulayan, dərk etməyə çalışan qadını təcəssüm etdirir. Məsələn, ətrafındakı qadınlarda gördüyü mənfi cəhətləri yarğılmazdan öncə "Görəsən, mən də onlar kimiyəmmi, onlar kimimi görünürəm.." kimi düşüncələrə qərq olurdu. Bu da bütün insanlarda olmalı bir özəllikdir. Özünü bu cür inkişaf etdirməyə çalışırdı. Digər diqqətçəkən özəlliyi isə, insanları zəiflikliləri ilə birlikdə qəbul edə bilməsi idi. Necə deyərlər, yıxılana balta vuran yox, oturub yıxılanla ağlayan bır qadın idi. Bədri, Nihat kimi obrazlar haqqında da qısaca deyim ki, Nihat günümüzün bəzi gəncləri kimidir. Əylənim, gəzim, yeyim, içim amma qəti kəllə boşluğumdakı beynimdən istifadə etməyim. Bədri isə, əsasən, öz xəyallarında yaşayan biri idi. Dövrünə görə savadlı, anlayışlı, yumşaqqəlbli idi. Möhtəşəm deyə bilmərəm, amma yaxşı idi. Xoş mütaliələr!
İçimizdeki Şeytan
İçimizdeki ŞeytanSabahattin Ali · The Roman Yayınları · 2019171,9bin okunma
··
177 görüntüleme
Leyla Alekberova okurunun profil resmi
İncələmə əladır. Məncə kuyucaklı Yusufu da oxu. Bəyənəcəksən
Ülkər. okurunun profil resmi
Təşəkkürlər💛. Hə, mütləq oxuyacağam. Romanlarından bircə o qalıb. Bir də şeir kitabını oxuyacağam.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.