Puan vermedi·494 syf.····Okunma: 01 Temmuz 2023 20:21 Kitabı bitirənə qədər ağlımda keçən illərdə izlədiyim "Fury" adlı müharibə filmindən bir səhnədəki replikalar keçdi ancaq.
"-Gözlə və gör.
-Nəyi?
-Bir insanın bir insana nələr edə biləcəyini"
2 şəhərin hekayəsi 3 kitabdan ibarətdi, H.A.Y klasikində 3 kitab da 1 kitab içərisində yer alır.
XVIII əsrdə Paris və İngiltərə, bu 2 şəhər arasında gedən müharibədən və bu müharibənin yaşatdıqlarından bəhs edir. Hansı yaşatdıqları?
2 şəhərin hekayəsi... Eyni zamanda "2 fərqli insanın" və "2 fərqli insanlığın" hekayəsi... Müharibənin yerli insanları necə vurduğu, yuxarı təbəqələri necə manqurtlaşdırdığı, canavarlaşdırdığı... Cümhuriyyətə sadiq qalmaq adı altında hər gün neçə məsum başları bədənlərindən ayıran canavarlar. Bu canavarlar içində insan qala bilmək və ədaləti qoruya bilmək üçün can bahasına verilən mübarizə...
Charles Dickensin "Böyük Ümidlər" kitabını oxuyanda o kitab mənə elə yaxşı təsir etmişdi ki, həmin kitabı şaha qaldırmışdım, amma bu kitab... O səfalət, sümükləri sayılan uşaqlar, hər şeyə rəğmən bir-birinə tutunmağa çalışan ər-arvadlar, 1 tikə çörəyi tapdıqları üçün belə sabaha ümidlə oyanan ailələr, edama gedərkən belə "Cümhuriyyət üçün hər şeyə dəyər" deyə özlərini təsəlli etməyə çalışan o məsumlar. Hər axşam vurulan başları izləmək üçün işlərini kənara qoyub gələn, yerlərini ayırıb, həriscə izləyən canavarlar. O qədər şey saya bilərəm ki, o qədər.
Kitabda "Müharibə" bir-birinə dəyən 2 fərqli şəhərdən olan (Fransa-İngiltərə) 2 fərqli insanın bir-birini sevib qurduqları və belə bir şəraitdə bir-birlərinə kələtlənməyi bacaran ailə üzərindən oxucuya çatdırılırdı.
Kitab barədə çox spoiler vermək də istəmirəm, oxuduqca dərk edirsən ki, hansı ölkələrdə, kimlər arasında olmağına baxmayaraq müharibənin səfalətini çəkən o insanlar ölüb getsələr belə, həmin müharibələrin buraxdığı izlər həmişə qalacaq.