Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

200 syf.
·
Puan vermedi
·
7 günde okudu
"Ağ zanbaqlar ölkəsi” görkəmli rus ilahiyyatçısı və ictimai xadimi Qriqori Spiridonoviç Petrovun ən tanınmış publisist əsəridir. Əsərin adını çox eşitmişdim, alıb oxumağa qərar verdim. Düzü, kitabı alanda bir az tərəddüdlü idim. Çünki az-çox mövzusuna bələd idim. İndiyə qədər bu tipli kitab oxumamışdım oxuduğum bütün kitablar müəyyən süjetli hadisəni ələ alan romanlar olub. Ancaq kitab məni yanıltdı. Ilk səhifədən sonra qədər heç sıxılmadım desəm yeridir. Çox axıcı və rəvan dili var. Kitab Finlandiyanın keçdiyi inkişaf yolunu təsvir edir. Ancaq kitabın mövzusunu sadəcə bununla çərçivələmək mənim düşüncəmə görə yanlış olardı. Mənə görə kitab insan və cəmiyyət, cəmiyyət və dövlət əlaqələrini çox gözəl əks etdiririk. Həmçinin kitab mənə insanı yaşamaq və yaratmağa, elmə və mədəniyyətə çağırış təsiri bağışladı. Əsər insanı düşünməyə məcbur edir: özünü, yaşadığı cəmiyyəti, dövləti Əsərdə Finlandiyanın bugünkü çiçəklənən ölkə olmağa gətirib çıxaran milli ideologiyanın yaradıcısı sayılan Yohan Vilhelm Snelmanın obrazı yaradılır. Snelman obrazı mənə Azərbaycan üçün çalışan M. Ə. Sabir, C. Məmçədquluzadə, Ə. Haqverdiyev kimi yazıçı və şairlərimizi xatırlatdı. "Vətən uğrunda yaşamaq özü, onu uğrunda ölməkdən kiçik qəhrəmanlıq sayılmamalıdır. Oxuyub-öyrənməyin, vətənin, millətin uğrunda çalışmağın özü də ən böyük qəhrəmanlıqdır". Snelman əməllləri ilə kitabda keçən bu cümlələrin nə qədər doğru olduğunu göstərir bizə. Vətəninə bu qədər bağlı olan Snelmanın düşüncələrinə, etdiklərinə heyran olmamaq əldə deyil. "Ağ zanbaqlar ölkəsi"ənə görə hər bir vətəndaşın oxumalı olduğu kitablar siyahısındadı. Son olaraq Mustafa Kamal Atatürkün dediyi kimi: " Ağ zanbaqlar ölkəsi" kitabını mən oxudum siz də oxuyun"
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201999bin okunma
·
1 artı 1'leme
·
198 görüntüleme
Luck Beetle okurunun profil resmi
İlk "inceleme"miz də gəlibmiş🫠. Əla, bir gün mütləq oxuyacam İnşəAllah🌸
Khadija okurunun profil resmi
Təşəkkürlər 🥰🥰. Oxuyarsan, sən də sevəcəksən🤗
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.