Eqo'nun yeni bir rəyi açılır qarşımızda; Roarkın eqoistliyi kiməsə zərər vermir, o öz aləmində yaşayır, insanlardan istifadə etmir, kimisə aşağı çəkərək yüksəlməyə çalışmır, ümumiyyətlə, (digər) insanların onunçün (özünə zərər verəcək qədər) əhəmiyyəti yoxdur. Cəmiyyətin fikirlərinə bağlı deyil, özündən şübhə etmir. Özünə inanır və özünü düzgün qiymətləndirir. Özünü düzgün tanıyır. İnsanların tərif və təhqirinə biganə yanaşır çünki özüylə bağlı digərlərinin onu alçadıb qaldıra bilməyəcəyi qənaəti var. Onun eqoistliyi bildiyimiz kor-koranə və sui istifadəçi özünə məhəbbət deyil. Özünə dəyərdi. Və özünə dəyər verən hər bir insan bir gün mütləq özünə dəyər verməyən tənqidçi cəmiyyət tərəfindən aşağı çəkilməyə məhkumdu.