Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

976 syf.
10/10 puan verdi
·
Beğendi
·
145 günde okudu
Viktor Hüqo – “Səfillər” romanının qısa məzmunu
Romanın əsas obrazı olan Jan Valjan bacısının övladı acından ölməsin deyə oğurluq edib həbs olunan gəncdir. 5 il cəza alan Jan bir neçə dəfə həbsxanadan qaçmağa cəhd etdiyinə görə cəzasını 19 il çəkməli olmuşdu... Həbsxanadan çıxıb azadlığa qovuşan Valjan artıq çox fərqli bir insandı. Yenidən həyata tutunmağa çalışsa da, keçmiş məhkum olduğundan cəmiyyət tərəfindən qəbul olunmur. Nə qarnını doydura biləcək çörək, nə də soyuq günlərdə qala biləcək yer tapır. Daha sonra bir yepiskopla qarşılaşan Valjan bir qədər ümidlənir. Yepiskop ona qalmağa yer və yemək verir. Fəqət həbsxanada yaşadıqları və azadlığa çıxandan sonra cəmiyyətin rəftarı onun bütün hiss və duyğularını itirməsinə səbəb olur. Valjan yepiskopun sahib olduğu bütün gümüş və qiymətli əşyaları oğurlayıb qaçır. Lakin bu qədər yüklə yaxalanması uzun sürmür. Qiymətli əşyaları ilə birlikdə yepiskopun hüzuruna gətirilən Jan gözləmədiyi hadisə ilə qarşılaşır. Yepiskop bu əşyaların hədiyyə olduğunu və oğurlanmadığını deyir və Valjanın sərbəst qalmasına yardım edir. Daha sonra yepiskop ona daha iki gümüş şamdan verir və bir tək şey: bütün bu gümüşləri yaxşı insan olmaq yolunda xərcləməyi istəyir. Bu hadisə Jan Valjanın yox olan duyğularını yenidən geri qaytarır. İllər sonra Jan Valjan saxta kimlik sənədi ilə iş həyatına başlayır və uğur qazanır. O artıq zəngindir və qəsəbənin ən sevilən insanlarından biridi. Amma keçmişi onu daim təqib edir. Onun əslində kim olduğundan sadəcə bir polis məmuru Javer şüphələnsə də, əlindən heç bir şey gəlmir. Daha sonra Jan Valjanın həyatına ciddi təsir edə biləcək bir qadın girəcək... Fantina Valjanın fabrikində çalışan və kiçik qızı olan kasıb bir qadındı. Zamanının əxlaq anlayışı atası bəlli olmayan uşaq anasına bir o qədər də müsbət baxmadığından işini itirən bu qadın qızı üçün hər cür fədakarlığa hazırdı. Günlərin birində həbs olunma təhlükəsi ilə qarşılaşan Fantinanı Jan Valjan xilas edir və onu xəstəxanaya yatırır. Lakin Fantina yaşadığı əzablara dözməyərək ölür. Jan Valjandan qızına sahib çıxmasını istəyir. Jan da öz növbəsində ona söz verir. Jan Valjanın həyatı yenidən dəyişimə məruz qalır. Özünə oxşayan və Jan Valjan iddiası ilə günahsız biri həbs olunur. Öz yerinə başqasının tutulmasını vicdanına sığdırmayan Valjan əslində kim olduğunu açıqlamaq qərarına gəlir. Amma Fantinaya verdiyi söz onu bu addımı atmasına mane olur. Onun qızı Kozettanı himayəsinə götürür və yeni həyata başlayır. İllər keçir Kozetta artıq böyümüş və gözəl bir qız olmuşdu. Jan Valjan saxta kimlikli həyatına davam etsə də polis müfəttişi Javer onun izini buraxmır. Bu sırada Kozetta Marius adlı bir gəncə aşiq olur. Amma Javer Valjanın, əslində, kim olduğunu tapır və gənc sevgililər ayrılmaq məcburiyyətində qalırlar. Hadisələrin gedişatı bu cür davam edən anda qiyam baş verir. Kozettanın sevgilisi və polis məmuru Javer qiyamçılar sırasında olurlar. Onlara edam cəzası verilir. Bu sırada Jan Valjan yenidən ortaya çıxır və edam etmə vəzifəsi ona verilir. Lakin Jan polis məmurunun qaçması üçün şərait yaradır. Bu sırada qarşıdurmalar yenidən başlayır və Marius ağır yaralanır. Onun həyatını xilas edən Jan Valjan Mariusu xəstəxanaya aparır. Daha sonra Marius sağalır və Kozetta ilə evlənir. Jan Valjan da bir müddət sonra həyatdan köçür. Bir zamanlar yepiskopun ona verdiyi iki gümüş şamdanı heç vaxt yanından ayırmır və sonda da məzarının başına qoyulur. Yazdı: Muradov Təhməz P.S. Əsərlərin, xüsusən də, bu tip romanların tək qısa məzmununu oxumaqla kifayətlənsəniz, çox şey itirmiş olarsınız. Kitab ilə qısa məzmun müqayisə olunmayacaq dərəcədə fərqlidi. Biz sadəcə sizi kitabı oxumağa yönləndiririk. Qeyd etmədiyim o qədər hadisələr var ki...
Səfillər
Səfillər
Victor Hugo
Victor Hugo
Səfillər
SəfillərVictor Hugo · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201687,7bin okunma
·
65 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.