Puan vermedi·416 syf.····Okunma: 09 Temmuz 2023 21:41 Əsər elmi-fantastik janrda yazılmış, içində təsvir edilən gəmini xırda detallarına qədər ətarflı izah etmiş, hətta oxuyarkən bəzən özünün də belə bir sualtı gəmini düzəldə biləcəyin fikrini yaradan maraqlı və macəralı bir əsərdir. Oxuyarkən belə bir gəminin real olduğunu düşünməmək əldə deyil. Xüsusilə də nəzərə alsaq ki, kitabda sözügedən sualtı gəmi öz dövrünü çox-çox üstələyən bir sualtı gəmi modelidir və o qədər aydın yazılıb ki, istər-istəməz insanda belə bir fikir doğurur. Eyni zamanda sualtı aləmin maraqlı, mistik və həyacan dolu anları, hər bir nüansın nəzərə alınması və izahı kitabı daha da maraqlı edir. Ancaq etiraf etməliyəm ki, kitabın bəzi hissələri, daha dəqiq orta hissələri çox da axıcı deyil. Həmçinin sonunu da çox da bəyənmədim. Gəminin taleyini bəlli edən bir ip ucu da verə bilərdi.