·224 syf.····Okunma: 09 Temmuz 2023 22:39 "Söyüdlü Arx"- niyə məhz söyüdlü Arx?
Adının altındakı məna hər zaman diqqətimi çəkib, Əsərdə "Söyüdlü arx" bir körpü kimi, bir sevgi bağı kimi insanları bir-birinə bağlamaqda ən böyük vəzifəni yerinə yetirir...nəzərimdə "Söyüdlü arx" sevgi, dostluq, birlik rəmzidir...
Əsər çox axıcıdır, hadisələr ardıcıl şəkildə oxucunun marağına səbəb olur. Romanda hadisələr teatr institutunu yenicə bitirmiş gənc Nuriyyənin Güney qışlağa göndərilməsi ilə başlayır. Daha sonra kənddə mədəniyyət sahəsində Nuriyyənin həyata keçirdiyi yeniliklər, incəsənətə, teatra, mədəniyyətə xüsusi qayğısı, onun kənd əhalisi tərəfindən rəğbətlə qarşılanması, və nəhayət başqalarının səadəti uğrunda özünün "fəda" adlandırmadığı fədakarlığı...
Nuriyyə sadəcə sözdə deyil əməldə də mənliyini ortaya qoymuş tipik Azərbaycan qadının ümumiləşmiş obrazıdır. Ürəyinin səsini ağlının qışqırıqları ilə lal edən Nuriyyə oxucunu riqqətə gətirməyi bacarır...
Ümumilikdə əsər bəzi ictimai mətləbləri də nəzərə alınmaqla çox təsirli, oxunması və dərs alınması lazım olan incilərdəndir...