·416 syf.··Beğendi
···Okunma: 10 Temmuz 2023 17:07 İyirmi min lye su altında əsəri Jül Vern tərəfindən 1870-ci ildə tamamlanmışdır. Əsərdə su altı ilə bağlı bir çox maraqlı məlumatlara rast gəlmək mümkündür. Bundan əlavə yer kürəsinin müxtəlif dənizləri, adaları , bir sözlə coğrafi obyektləri , eləcə də tarixi hadisələr haqqında məlumatlar verilmişdir. Bəzi məlumatların düzgün olmadığını deməkdə fayda var. 1870-ci ildə tamamlanmış və insanların o zaman üçün əlçatmaz hesab etdiyi yerlər haqqında fikirlər təbii ki tamamilə doğru ola bilməz.
Bir sözlə oxumaqdan sıxılmadığım bir kitab oldu.