Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

176 syf.
8/10 puan verdi
·
4 günde okudu
Kitabı bu gün oxuyub bitirdim. Bu kitab mənim Dostoyevskidən oxuduğum ilk kitabı idi. İlk öncə kitabın mövzusunu daha sonra da öz fikirlərimi yazmaq istəyirəm. *Kitabın mövzusu* Kitabda Yakov Petroviç Qolyadkin və onun oxşarından söhbət gedir, lakin onlar xarici görünüşlərinə görə çox bənzəsələr də, hətta eyni olsalar belə, daxili cəhətdən bir-birilərinin tamam əksidirlər. Və bir gün Qolyadkin bir dəvətsiz olunduğu dəvətdən qovulduqdan sonra yad insanlardan qaçaraq uzaqlaşır. Bu zamanda hava çox pis olur, dəhşətli külək əsir. Sonra birdən o orada yalnız olmadığını hiss edir və ona birə-bir oxşarını tam seçə bilməsə də görür. Bundan sonra artıq hadisələr başlayır; Qolyadkin iş yoldaşları tərəfindən təklənir. Onun yerinə kələkbaz oxşarı keçir, yəni onun şəxsiyyətini, şərəfini oğurlayır, onu ələ salır. *Mənim düşüncələrim* Məncə, bu kitab yaxşı kitab idi. Ona görə ki, kitabda bizim qarşımızdaki insana pis olub kömək etdiyimiz, üzümüzə gülüb "dostumsan" deyənlərin çox rahatlıqla bizə zərbə vura biləcəyini vurğulayır. Kitabı oxuyarkən Cənab Qolyadkinin oxşarını evinə dəvət etdiyi səhnəni və həmin günün ertəsi gününü oxuyacaqsız. O zaman nə demək istədiyimi başa düşə bilərsiz. Və bir də kitabda oxuyarkən xoşuma gəlməyən digər bir məqam da o oldu ki, cənab Qolyadkinin digər insanlara sözü üzə deyən olduğunu hər bölümdə deyib oxşarının etdiklərinə qarşı sözü uzadıb bir növ birazcıq yaltaqlanması oldu. Həmçinin, zatı-ailələrinə gərçəyi danışmaq əvəzinə "mən sizi atam bilirəm", "mənim düşmənlərim var", "məni qoruyun" deyib ayaqlarına qapanması oldu. Onlar sənin atan olsa idi, sənə inanardılar axı?! Yəni obrazlarda bir-birilərinin sözünü səbrlə dinləyib başa düşmək qabiliyyəti yox idi. Hamının bildiyi tək söz var idi: " işim var, sonra danışarıq." Bu da obrazlarda sevmədiyim digər məqam idi. Kitab yenə deyirəm pis deyildi, insanın üzünə həyat barədə gərçekləri vururdu. Bunu paylaşdığım alıntılardan da bilmək olar deyə düşünürəm, amma qeyd etdiyim kimi obrazların belə olması xoşuma gəlmədi. Bu incelemem digərlərindən çox oldu, amma nəyisə, eybi yox :))
Oxşar
OxşarFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 202022bin okunma
·
2 artı 1'leme
·
73 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.