Gönderi

455 syf.
·
Not rated
·
Read in 6 days
Acı dolu iki həyat.
Kitabı bitirər-bitirməz, təsiri hələ də ürəyimdə ikən incələməni yazmağa başladım. Yazarın digər iki kitabını oxumuşam "Və dağlardan səda gəldi" və "Çərpələng uçuran". Amma səbəbini özümdə bilmədən üçüncü və sonuncu kitabı olan "Min möhtəşəm günəş" kitabını oxumağı həmişə başqa zamana saxlayırdım. Lakin sonunda oxumaq qərarına gəldim və oxuyub bitirdikdən sonra bu zamana qədər oxumadığım üçün çox heyfsləndim. Yazar bu kitabda "Çərpələng uçuran" kitabında olduğu kimi müharibənin ən acı üzünü göstərir. Bu kitabda obrazlarımız həyatları kəsişən iki qadındır. Məryəm və Leyla...acı dolu iki həyat. Bitmək bilməyən savaş və ardı ilə Taliban'ın qatı qaydaları. Əfqanıstanda 1980-2001-ci illər arasında yaşamış bir qadın olduğunuzu düşünün. Elə bir qadın ki heç bir haqqı yoxdur. Bir əşya qədər dəyərsiz və varlığı hiss olunmayan bir qadın. Yanınızda əriniz ve qardaşınız olmadan heç hara çıxa bilmirsiniz. Təhsil almaq, kitab oxumaq, kitab yazmaq, işləmək, televizora baxmaq, siyasətlə bağlı söhbət etmək, uşaqlarla dərs haqqında danışmaq və.s. Heç biri olmaz. (Niye olmaz deyə sual verdiyimiz zaman bizi təbiiki bu zamana qədər çoxumuzun əzbərə bildiyi bir cavab gözləyir- Din. Ümid edirəm "din adı altında" bu qadınlara yaşadılanlar bir gün tamamilə bitəcək. Bir gün deyirəm çünki çox təssüflər olsun ki bəzi bölgələrdə, bəzi düşüncələrdə və bəzi zehniyyətlərdə bu hələdə davam edir.) Belə bir həyata məhkum buraxılmaq... Düşüncəsi belə adamı qorxudur. Yazar bu kitabı ile həqiqətən müharibənin acı üzünü çox yaxşı əks etdirir. Bütün bu savaşların və ədalətsizliklərin bitməyi diləyi ilə... Son olaraq yazara bu kitabı ve digər iki kitabı üçün minnətdarlığımı bildirirəm. Bir yazarın üç kitabında da Əfqanıstanın müharibə illərini bu qədər gözəl izah etməyinin qarşısında heyran qalıram. Üç kitabın üçüdə həqiqətən möhtəşəmdir. "Çünki qız olsa, Leyla bilirdi ki, hansı adı qoyacaq."
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013101.7k okunma
·
84 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.