·168 syf.····Okunma: 13 Temmuz 2023 23:21 Kitabları belə diqqətli oxumağa və şərh eləməyə yeni-yeni başlayıram. Ona görə də bu işdə o qədər də yaxşı deyiləm
Gələk kitab haqqındakı fikirlərimə. Kitab çox gözəl olsada mənim üçün o qədər də axıcı bir kitab olmadı. Sanki bir yerdən başqa yerə hoppanıram kimi hiss etdim. Bir də axıra yaxın günahkarı tapmağıma baxmayaraq kitab həyəcanını itirmədi. Bu da mənim üçün müsbət cəhətlərdən biri idi. Obrazları da elə qələmə almışdır ki, qatili tapana qədər hardasa kitabdakı bütün obrazlardan şübhələndim. Bu da xoşuma gələn cəhətlərdən oldu. Əlavə olaraq kitabın sonunda cənab Taniosa nə olduğunu bilmək istərdim.