Gönderi

216 syf.
·
Not rated
·
Read in 5 days
Barış Akarsu'dan bəhs edən, sənətkarı yalnız məqsədinə görə tanımağa imkan verən səlis, sadə və gözəl bir kitab olduğunu demədən keçmək istəmirəm. Onu tanıyanlar, ailəsi, dostları nə qədər xeyirxah, sevgi dolu, həyat dolu biri olduğundan bəhs edirlər. O, öz konsertini Lösemili uşaqlar üçün oxumuş oradan gələn gəlirlə həmin uşaqların xəstəxana xərclərini qarşılamışdır. Mahnıları hələ də sevərək dinlənilir. Onun çəkildiyi "Yalancı Yarım" dizisi həmin dönəm üçün olduqca populyarlaşmışdı. Ölümündən bir müddət sonra onun həyatının çəkildiyi "Merhaba" filmi izləyənlərə olduqca duyğusal təsir etmişdi. Bu kitabı oxuduğum zaman anam mənim bilmədiyim daha doğrusu xatırlamadığım bir şeyi danışdı mənə. 28 iyun mənim doğum günümdə mən ağlayaraq Barışın mahnısını istəmişəmmiş. Daha sonra həmin ili 29 iyunda onun TV- də qəza xəbərini görüb, çox pis olduğumdan danışdı. Bu açığı mənə də qəribə gəldi. Kiçik yaşımda olsam belə dünyayı yeni yeni dərk etməyə çalışdığım anlarda belə bir xoş'mu deyim ya da təsirli bir anmı deyim yaşamışam. İndiki yaşımda belə onu xatırlayıramsa mahnılarını sevərək dinləyirəmsə bunun uşaqlıqdan qalan bir xatirə olduğunu da daha yeni öyrəndim. Bu həyatdan bir Barış gəldi və getdi. Onun həyatını, necə biri olduğunu bilmək istəyənlər bu kitabı oxuyaraq öyrənə bilərlər. Olduqca sadəliyə önəm verən biri olmuşdur. Hətta hər səfərində məni putlaşdırmayın, olduğum kimi yazın haqqımda demişdir. Kitabın ən sevdiyim yanlarından biri də kitabdan əldə edilən gəlir Amasradakı Barış Akarsu adına olan Xeyir Qurumuna göndərilir. Ölümündən sonra belə sevilən, xatırlanan az sayda insanlardan biri olmağı bacarmışdır....
Barış Akarsu'lu Yıllar
Barış Akarsu'lu YıllarMetin Sözüçetin · Destek Yayınları · 2018143 okunma
··
196 views
Gülay Ahmadova okurunun profil resmi
Dediyin kimi bu dünyadan bir barış geldi getdi bir daha gelmez. Çox sevirem musiqilerini dinleyirem heyatımda her zaman var olacaq🤍
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.