Oxuyun.Oxudun
10/10
·188 syf.··
Beğendi
·
2023 111. kitabı
Həyatımızda ən az bir dəfə də olsa "başqa ölkədə yaşasaydım əgər..." deyə dayanıb düşündüyümüz anlar olmuşdur.Mən də düşünmüşəm.Məsələn Kanadada doğulsam həyat daha mı başqa olardı? Daha mı asan çatardım indi əlim yetməyən yerlərə? Yazıçı bu kitabıyla suallarıma cavab verdi əslində Kitab biri Siciliyada,digəri Kanadada,3-cüsü də Hindistanda yaşayan 3 qadının bir birinə dolanan yaşam hekayəsindən bəhs edir(kitabın adının hardan gəldiyini anladınız deyə düşünürəm) "Coğrafya kaderdir" deyib yəqin ki,beyninizdə bu qadınları ən xoşbəxtindən ən bədbəxtinə doğru sıraladınız.Və yenə yəqin ki,ən bədbəxti Hindistanda yaşayan oldu:) Haqsız da sayılmazsız əslində.Hindistandaki yaşam şərtləri haqqında hardasa məlumat sahibiydim və şükür edirdim ki, Hindistanda doğulmamışam. Kitabda(və daha sonrasında etdiyim kiçik araşdırmalarda)ölkədəki kasta sisteminin hələ də ən qədim zamanlarda olduğu qədər möhkəm və effektiv,qadınlarınsa bu aşağı təbəqənin ən aşağısında yer alacaq qədər dəyərsiz və ucuz sayıldığını dəhşətlə öyrəndim.və artıq Hindistanda qadın olaraq doğulmadığım üçün şükür edirəm. Amma bütün bunlarla İtaliyada və ya Kanadada yaşayanı daha xoşbəxt saymaq düzgündür mü? Xeyr əlbəttə.Hər kəs daha tündü ilə qarşılana qədər öz həyatını qaranlıq sayır. kitabda bir qadının sosial mühitdə,iş və ailə həyatında,sevgi münasibətlərində-xülasə,demək olar ki,hər sahədə ölkə,yer,mədəniyyət fərq etmədən qarşılaşdıqları çətinlikləri və bu çətinlik qarşısındaki öhdəliklərini mükəmməl şəkildə əks etdirilir.Və kitab oxucuya göstərir ki,güclü qadın dedikdə ağla ilk gələn stiletto ayaqqabı,mükəmməl dırnaqlar ,tək qulaqda airpod,əldə şirkət sənədləriylə maşınına doğru addımlayan mükəmməl görünüşlü qadın ola bilər.Lakin ağla gələnlər bununla bitməməlidir. Güclü qadın yorğun gözlərlə qollarındakı kitabları güclə saxlayıb dərsə də qaça bilər,uşağından oğurlaya bildiyi 1-2 saatı qənimət sayıb yatdığı üçün özünə "fikir" verməyə də bilər.Torpaq da şumlayar.Aya da çıxar.Şirkət də qurar.Və ya quracaq birini yetişdirər. Biz hər şeyi bacararıq və özümüz də bilmədən həyatlarımızın bir-birinə saç hörüyü kimi necə bağlandığının fərqində belə olmarıq.
Saç ÖrgüsüLaetitia Colombani · Yan Pasaj Yayınevi · 202017,7bin okunma
·
104 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.