Gönderi

240 syf.
·
Not rated
"Bir ruhun hekayəsi!"
Bu əsər Oscar Wilde'ın ilk və son romanıdır. Amma 5 roman yazacağına tək bir kitabda 10 romanın təsirini buraxması necə bir yazar olduğunu açıqlayır. Yazar XX əsrdə geniş şəkildə yayılmış cərəyanlardan biri olan "romantinizim" cərəyanının nümayəndələrindəndir. Cərəyanın şüarı "həyatın olduğu kimi deyil, olmalı olduğu kimi"dir. Bu cərəyan daxili gözəlliyin heç bir əhəmiyyət kəsb etmədiyini, yalnız xarici gözəlliyin əhəmiyyətli və başlıca olduğunu müdafiə edir. Uzun illər bu cərəyanın nümayəndəsi olan Oscar Wilde bu cərəyanın yanlış amilləri müdafiə etdiyini anlayaraq bu nümayəndəliyi rədd edir və bu əsəri qələmə alır. Yazar öz əsərini "bir ruhun hekayəsi!" deyə adlandırır. Əsərdə üç əsas obraz mövcuddur, Dorian və onun dostları Basil Hallward, Lord Henry. Oscar Wilde bu obrazlar haqqında belə deyir "Basil Hallward mən olduğumu zənn etdiyim şəxs; Lord Henry dünyanın mən zənn etdiyi şəxsdir. Dorian isə mənim olmaq istədiyim şəxs." Dorian Grey yaşca özündən böyük dostu Lord Henry'nin təsiri ilə heç bir sərhəd tanımayan prinsipsiz və pozğun bir gəncə çevrilir. O, mənəviyyatını əbədi zahiri gözəlliyə dəyişir. Cismi dəyişməz qalır, ruhu isə çürüyür. Onun daxili eybəcərlikləri, şöhrətpərəstliyi, cinayətləri, satqınlığı, təkəbbürü rəssam Basil'in çəkdiyi portretə hopur. İndi isə mənim kitabla bağlı düşüncələrimə gələk. Mən bu kitabı oxuyub bitirdikdən sonra bir daha anladım ki, zahiri gözəllik tamamilə əhəmiyyətsizdir. Əgər bir gözəllik varsa o yalnız və yalnız daxilidir. Və mən belə düşünürəm ki, insan həyatını mükəmməlliyə yaxın səviyyədə yaşamaq istəyirsə səhvlərdən dərs çıxarmağı öyrənməlidir. Səhvlər dediyim zaman həmişə eyni bir səhvi edib yenə nəticə olaraq dərs çıxara bilməyib və yaxud dərs çıxardığını zənn edərək həmin səhvləri etməyi demirəm. Bu artıq axmaqlıqdır. Belə bir söz var "axmaqlar həmişə eyni bir səhvə, ağıllılar isə həmişə yeni bir səhvə yol verirlər". Mən bu söz ilə tamamilə razılaşıram. Biz burada ağıllı olub həyatı mükəmməlliyə yaxın dərəcədə yaşamalıyıq. (Mükəmməlliyə yaxın deyirəm çünki tam mükəmməllik deyə bir şey yoxdur. Əgər özünüzü və yaxud ətrafınızda olan insanları mükəmməl zənn edirsizsə artıq siz mükəmməlliyə ən uzaq insanlarsız. Bu mənim şəxsi fikrimdir hər kəs razılaşmaya bilər.) Səhvlərdən dərs çıxarmaq məsələsinə gəldikdə isə, insan ömrü o qədər uzun deyildir ki, bütün səhvləri edib onlardan dərs çıxarsın və buna görədə ətrafında olan insanları gözləmləyərək onların etdiyi səhvlərdən dərs çıxarmalıdır. Əgər özünün və ətrafında olan insanların səhvlərindən dərs çıxarmağı bacaran insanlar varsa, bu kitabı mütləq oxumalıdırlar. Çünki Dorian həyatı boyunca durmadan, fərqində olmadan Henry'nin ona təsiri ilə səhvlər edir və bu səhvlər elə bir səhvlərdir ki, yalnız özünə yox ətrafında olan hər kəsə çox böyük təsir göstərir. Düşünürəm ki, hər kəs bu kitabı oxuyub, Dorian Grey'in səhvlərdindən dərs çıxarmalıdır. "Təcrübə- insanların öz səhvlərinə verdiyi addır. Əxlaq nəzəriyyəçiləri təcrübəni həmişə xəbərdarlıq vasitəsi kimi qəbul edirlər və hesab edirlər ki, təcrübə- xarakterin formalaşmasına müəyyən təsir göstərə bilər. Onlar təcrübəni tərifləyib şöhrətə mindiriblər, guya təcrübə bizə yol göstərir, nəyin ardınca getməyi, nədən qaçmağı o bizə öyrədir. Amma təcrübə hərəkət verici qüvvəyə malik deyil. Təcrübə də vicdan qədər az fəaldır. Əslində, təcrübə bizə gələcəyimizin də keçmişimiz kimi olacağını, bir dəfə çəkinə-çəkinə işlətdiyimiz günahı dəfələrlə, həm də məmnuniyyətlə təkrar edəcəyimizi göstərir."
Dorian Gray'in Portresi
Dorian Gray'in PortresiOscar Wilde · Mitra Yayınevi · 201174.4k okunma
·
1 plus 1
·
65 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.