9/10
·584 syf.··
Beğendi
·
2023 25. kitabı
·
11 günde okudu
·
Okunma: 15 Temmuz 2023 20:57
Heç bir iz buraxmadan işini bitirsən belə, öldürdürdüyün pis insan olsa belə, vicdan məhkəməsindən canını qurtara bilərsənmi? Heç bir şey olmamış kimi həyatına davam edə bilərsənmi? Raskolnikov öldürdü. İz buraxmadı. Ancaq həyatına olduğu kimi davam edə bilmədi. İztirablara düçar oldu. Tab gətirmədi. Psixoloji vəziyyəti gündən günə pisləşdi. Nə yaşaya bildi, nə də özünü öldürə. Sonda dözməyərək təslim oldu. "İnsana ən böyük mükafatı da vicdanı verir, ən böyük cəzanı da." "Cinayət və cəza" romanı F.Dostoyevskinin çox yaxşı tanıdığı cəmiyyətin bitkin psixoloji portretidir. Yazıçı əsərdə günah və cəzaya dini-fəlsəfi məna vermişdir. "Dünyada hüquqi cəzadan da ağır cəza var ki, bu da mənəvi işgəncələrdir"- bu cümlə romanı tamamilə əhatə edir, romanın əsas məğzi, fəlsəfi yükü bu cümlədir.
Seçilmiş Əsərləri 1. Cild: Cinayət və CəzaFyodor Dostoyevski · Bakı, Şərq-Qərb Nəşriyyatı · 2009194,5bin okunma
·
78 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.