Gönderi

İlklərin yeri ayrıdır♡ sizdə ilk şeirinizi yazın oxuyaq
Onu mənə xatırladır, Bu torpağın hər qarışı. Onun adı şəhiddir, Mənim adım şəhid qızı. Axı söz vermişdim ona, Axıtmaram tək bir damla. Gözyaşlarım qulaq asmır, Qəlbimdəki yaralara. Əsla ölməz şəhidlər, Deyərdi mənim atam. Bəs indi hardasan ? Ay mənim şəhid atam. Atam hanı fəryadıma, Niyə heç kim cavab vermir? Sarılanda gülümsəyən o şəklinə, Niyə sənin səsin gəlmir? Sarılmış üçrəngli bayrağına, Gül qoxan tabutuna, Baxanda gözüm dolur Qürurdan gözüm dolur, Acıdan gözüm dolur. Baba oturma belə kədərli, Əmi baxma bələ qəmli-qəmli. Axı ata həsrətindəyəm. Nənə dik tut başını, Ana sil göz yaşını, Axı şəhid qızıyam mən. ~Şükürova Rüqəyya      
··
240 views
Nadya okurunun profil resmi
Görmədim dünyada heç bir ədalət Ne doğruluq səs verdi,nədə həqiqət Silinib bu dünyadan sevginin rengi Pozulub bəşəriyyətimizin ahengi Artıq salıblar dünyaya tamah, Bilin ki,sevmir bu əməli Allah İnsanlar arasında qanlı ədavet Heç gelmeyecek kimi axiret Derk et artıq,anla sən bunu Her birimizin var əlbət sonu! Elə yaşaki bu dünyada sən, Dəyişdikdə dünyanı deyilsin əhsən! (Nadya)
Nadya okurunun profil resmi
Ahh o gözlərin yaşda görməsin Kədərləmdirməsin səni bu dünya Gül ki,gülüşlərin heç vaxt sönməsin Qəlbimdə sona yetməsin bu böyük xülya Gəl artıq gözlətmə bu qədər məni Bir qış gecəsi,gəl açılsın yaz səhəri Hüzurunda bir cahan gözləyirik biz səni Gəl bir gündə yaşat mene sənsiz keçən fəsilləri Gəl izləyək açan qönçələri,batan günləri Yağan yağışları,dinən qarları Yaşıl budaqlarıda mavi quşları, Gəl əyləşək ay kənarında sayaq bütün ulduzları…🌙 (Nadya) Buda çoxdanlardandı ancaq ilk deyil deyəsən😊
medine okurunun profil resmi
Bu qanımız qalmaz yerdə, Ağlasaq da dönməz bir də. Sən ağlama canım anam, Ağlar ona yer də,göy də. Kəsildi qapıdan ayaq izləri, Ağlayır anamın nurlu gözləri. Bilirəm,çətindir oğul həsrəti, Amma bu həsrətə dözəsən görək. Ey Şəhid,Salmanov Aslan. Düşmənə vermədin aman. Biz rahat yaşayaq deyə Cavan canı etdin qurban. (İlk şeirim. Allah bütün şəhidlərə rəhmət etsin. Bu şeiri bir istək üzərinə yazmışdım. Göndərəndən sonra da lazım olmadığını dedilər. Bu şeirin ayrı bir yeri var. Ona görə unutmaram.)
Rüqəyya Şükür okurunun profil resmi
Qələminizə sağlıq🥺😍
1 next answer
Kitabsever okurunun profil resmi
İlk şeirimi xatırlamıram, çünki kiçik yaşlarımdan cızma qaralrım olurdu. Ancaq bir kitabda məktəblilərin şeirləri çıxmışdı. Aralarında mən də var idim:) Bir gün o kitabı da buraya əlavə etdirəcəyəm.💙☺️
Rüqəyya Şükür okurunun profil resmi
😍😍adıı nədir kitabın oxuyaq😍😍düzü məndə də olurdu cızma qaralar ama yaşım azıydı hardasa 8-10 yaşlarımda😁onlarıda xatırlamıram😂🥺
1 next answer
Rüqəyya Şükür okurunun profil resmi
2020 oktyabr aylarında yazmışdım.♡ mənim ilk göz ağrımdı🥺😍 ən sevdiyim biriciyim.
Kitabsever okurunun profil resmi
Şəhidlər ölməz, Vətən bölünməz!🇦🇿
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.