Gönderi

80 syf.
7/10 puan verdi
·
Beğendi
Əsərin başlanğıcı çox maraqlı, axıcı olmasa da, davam etdikcə xeyli bəyəndim, həyəcan, qorxu hiss edə bilirdim. Lakin bunun qarşılığında gözləmədiyim şəkildə sönük bitdi. Düzdür, sonda hadisələr çox maraqlı şəkildə əlaqələndirilərək bitir. Amma arada bir hissə kəsilərək birbaşa sona atlayır. Üzərindən atlanmış həmin hissədə isə nələr olduğu barədə suallar yarandı və onlar cavabsız qaldı. Həmçinin düşünürəm, Heleni görənləri dəhşətə salanın nə olduğu daha açıq yazılsa idi, daha maraqlı olardı. Amma bu janrı sevənlər üçün oxumağa dəyər.
Yüce Tanrı Pan
Yüce Tanrı PanArthur Machen · İthaki Yayınları · 20181,277 okunma
·
14 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.