Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

İsraildə Moti Aşkinazi deyilən bir oğru varmış. Adam həm də narkomanmış. Bir neçə dəfə həbs yatıb, çıxıbmış. Sonuncu xırda oğurluq üstündə tutulur, Motiyə ev həbsi verirlər. 1997-ci ildə Moti ev həbsinin qaydalarını pozur. Dəniz sahilində gəzməyə çıxır. Həmin gün tədris ilinin son günü imiş, uşaqların çoxu məktəbdən çıxıb, özünü birbaşa dənizə veribmiş. Çimərlik başdan-ayağa portfellərlə, sahibsiz çantalarla dolu imiş. Moti də istəyir ki, bir balaca, türklər demiş, indiraqandi eləsin. Gözünə yekə, bahalı bir çanta dəyir, baxır yaxında heç kim yoxdu, hamı dənizdə. Əlini atır çantanın içinə ki, tez pulqabını götürüb, aradan çıxsın. Əlinə sərt bir şey dəyir. Açır çantanı, görür içindəki saatlı bomba. Ətrafda da yüzlərlə uşaq. Moti çantanı götürüb, qaçmağa başlayır. Şəhərdə gözünə dəyən ilk boş yarımtikiliyə girir, çantanı ora atıb, telefon budkasına tərəf qaçır. Polisə zəng edib, özünü təqdim edir, deyir ki, təcili qrupp göndərin, filan tikilidə bomba var. Motini yaxşı tanıyan polislər ona deyirlər ki, narkotikdən az istifadə eləmək lazımdı, özün də get evinə, ev həbsini pozmağın cəriməsi ağırdı. Naəlac qalan oğru yenə qaçır yarımçıq tikiliyə tərəf, başlayır ətrafdakı zibil konteynerlərini binanın yanına gətirib, maşın yolunu bağlamağa. Hamı dəyir bir-birinə, axırda polis gəlir, hər ehtimala qarşı bomba mütəxəssislərini də çağırırlar. Məlum olur ki, içəridə nəhəng bir ərazini məhv etməyə qadir partlayıcı var. Bombanı zərərsizləşdirirlər, Motinin ev həbsini ləğv edib, özünə də sahilboyu nəzarətçi işi verirlər. Moti indi də sağdır, eyni yerdə işləyir. Ondan bir dəfə soruşurlar ki, sən niyə o bombanı götürüb qaçırdın, əlində bomba ilə tutulsaydın, heç kimi inanadıra bilməzdin ki, sən onu tapmısan. Motinin əla cavabı var. - O sahildə yüzlərlə yəhudi uşağı vardı. Onlara heç nə olmasın, mən otuz il də artıq həbs yatardım.
Günel Mövlud
Günel Mövlud
·
52 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.