Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Bir qızın məktubu (real hadisədir )
Bu sözlərim sənədir, ata.. Bilirəm, sən bu yazıları görməyəcəksən və bunun üçün də rahat-rahat yazıram (yanında ola bilməyəcəyim qədər rahat). Hiss etdiklərimi kağıza yaza bilmərəm çünki, yazsam mütləq bir gün oxuyardız və mənə heç vaxt bunları sizə danışa bilməyəcək qədər soyuq davrandız. Mən ruhu ac, iyirmi 'yaşlı' 'gənc' bir qız 'uşağı'. Amma xoşbəxtliyə ac.. Bilirsən? mən 9 yaşıma qədər hər gün səni gözlədim. Hər gün sənin xəyalını qurdum, sənin evimizə gələcəyin günü düşündüm. Heç unuda bilmirəm. Birinci sinifə getdiyim ilk gün, məktəbin həyətində sıra ilə qızlara qırmızı, oğlanlara mavi çanta paylanmışdı. Qırmızı çantalardan biri əskik gəlmişdi, sona isə mənlə digər qız qalmışdı. Əslində o çanta mənim olacaqdı, məndən arxadakı qızın atası və babası yanında olduğu üçün ona almışdılar. Mənə isə oğlanların mavi və zamoku qırılmış çanta verildi. Sinifə girdiyimdə bütün uşaqlar valideynlərinin yanında sevinc içində idi. Anam yanımda idi amma, mən yenə də tək hiss edirdim. Heç bir qız mənimlə oynamadı qırmızı çantam olmadığı üçün. Anam məni o qədər çox sevirdi ki, anlayırdı üzüldüyümü. Mənim üçün yeni çəhrayı çanta alacağını desə də, pulumuz yox idi. Hər gün o çanta ilə utanaraq məktəbə getdim, utanaraq döndüm. Düşünürdüm ki, sən gəlib o uşaqların dərsini verəcəksən və mənim qəhrəmanım olacaqsan. Hamı mənə "atan hardadı?", "niyə səni bir dəfə belə görməyə gəlmir?" deyəndə, "işləyir" deyə fəxrlə sənin tərəfini tuturdum. Yaş 8, evimizdəki qonaqlar, anamın sevinci, açılmış süfrələr, mənim gecəni yatmadan səni gözləməyim, xəyalını quraraq yatıb qalmağım və.s. 11 iyul, 2011. Sən gəldin. Oyandığımda dizində oturmuşdum və məni öpüb-əzizləyirdin. Bilirsən? həmin günün səhərisi mən evə qalxarkən pilləkənlərdə gördüyüm hər q*n ləkəsini, süfrə üçün toyuq kəsdiyinizi düşünüb sevinmişdim. Hansı ki, evə girib mamanı o halda görənə qədər. İllər sonra bir xəyalım gerçəkləşmişdi. O gün, "kaş elə hər şey xəyalımda qalsaydı" dedim. Məgərsə mənim ən böyük qəhrəmanım anam imiş. Sən hər hirsləndiyində mənə "axmaq" dediyin zaman xətrimə dəyərdi amma indi düşündüyümdə dəymir. Bilirsən niyə? Heç bilirsən illərdir axmaq kimi inandığım yalanları ilk dəfədir bu il öyrəndim? bilirsən nələri öyrəndim? Məsələn sənin illərdir, məgərsə işlədiyin üçün Rusiyada olduğunu yox, əslində həbsxanada olduğunu.(Amma nə üçün, nə səbəbə onu belə bilmirəm). Mənim hirsim sizə deyil, özümədir. axxx axxxx mən necə bir dəfə də olsun düşünmədim ki, iş üçün səkkiz il qızını görməyən ata, illər sonra sadəcə pijama dolu sumkası ilə gəlmir gəlsə belə, sonrakı həyat kasıblıq ilə keçmir. Allah şahiddir, bir dəfə belə bunları düşünməmişdim. Hər şey kaset kimi beynimdə döndükcə ayılıram. Həm də heç kimə soruşmadan. İllərdir məni necə gözəl ayaqda uyutduz əhsən sizə.. Sonra nəyi öyrəndim bilirsən? Məgərsə anam keçmişdə öz sevdiyinə nişanlı imiş və nişanı qaytararaq anamı sənə veriblərmiş. Mən isə hər dəfə "mama, yer üzündə adam tapmamışdın evlənməyə?" sualını verərək kim bilir neçə yerdən parçalamışam yazıq anamın ürəyini..Onsuz da heç vaxt cavab verməzdi bu sualıma. Heç vaxt görməmişəm həmin nişanlısını amma, onu səndən çox sevəcək qədər kimsəsiz buraxdın məni. Bu həyatda ən sevdiyim şəxs atammış kimi düşünürəm, amma sən yox, xəyalımdakı ATA. Sən də yaralı imişsən. Rusiyada sevdiyin qız olub və babam buna icazə vermədiyi üçün anamı sənə yar ediblər. Kaş sevdiyin üçün deyil də, heç deyilsə doğmaca xalanqızı olduğu üçün yaxşı davransaydın anama.. Hər nəysə. Bizlər sevgisiz əkilmiş ağacın, bar verməmiş budaqlarıyıq. Amma bir gün çiçək açacağıma inanıram. Bax qızın aşiq olub. Bilirsən kimə? xəyalındakı ata obrazında düşündüyü bütün xarakterləri daşıyan bir adama.. O qədər yaxşı biridir ki, işdir mən onunla qovuşmasam belə, eşqi onda tapdığım üçün hər zaman razı qalacam həyatımdan. Kaş qarşılıqlı oturub danışa bilərdim bunu səninlə ata. Eybi yox. Bugün olmasa da, illər sonra həyatımın istədiyim kimi olacağına əminəm. Bir gün çox varlı olacam. İstədiyim evim, işim olacaq. Ən çox istəyib də qazana bilmədiyim Universiteti qazanacam, sırf sən qadınlara maşın sürməyi yaraşdırmadığın, bir gün maşın alacağımı deyəndə hirsləndiyin üçün maşın alacam, səni də bağışlayacam, etmək istəyib də edə bilmədiyim hər şeyi edəcəm. Ən çox xəyalını qurduğum şeylərdən biridir sevdiyim adamla bir yay axşamının sərin mehində, dəniz kənarında oturub uzun-uzun söhbət etmək. O danışsın mən dinləyim, onun səsi dalğaların çırpınışları ilə qarışsın.. Bura həyatda ən çox zövq aldığım, etmək istəyib də edə bilmədiyim şeyləri yazacam. Heç vaxt dənizə getməmişəm. Bunu sevdiyim adamla etməyənə qədər, heç vaxt da getməyəcəm. (Həyatımda bir dəfə ailəmlə getmişdim, o zaman da uşaq idim, 4-cü sinifi bitirmişdim). Sırf bir gün kimisə sevərsəm, onunla dans edəcəm deyə heç kimlə rəqs(vals) etməmişəm. Heç vaxt kiminləsə uşaqlar evinə, kitabxanaya, muzeyə, konsertə, kinoteatra, coffee içməyə, film izləməyə, birliktə pişik sevməyə, velosiped sürməyə getməmişəm. Heç kimlə yağışın altında islanmamışam. Sevdiyim adamla evlənib yaşlanım, təkcə onunla.. İki formada evim olsun istəyirəm. Biri məhz övladlarımın rahat yaşayacağı, onların gələcəyi üçün, villa sayılacaq qədər lüks və şəraitli bir ev. Digəri isə hansısa kəndin sakit bir yerində, bol çiçəkli-bitkili həyəti olan, yaşıllıq içində daxma sayılacaq qədər balaca, taxtadan bir ev. Həyətində biraz tərəvəz əkim, hər tərəfi gül ilə bəzəyim, yaz-yay aylarında günlərimiz orda keçsin. İçində üç-beş köhnə əşyası olsun, hüzurumuz, sevgimiz başqa da heçnə. Ora sadəcə mən və yaşlanacağım adama aid olsun. Başqa kimsə yaşamasın, sadəcə ikimizin evi. Gənc ikən orada xatirələrimiz olsun, tamamən yaşlanıb haldan düşdüyümüz zamanlarda orada oturub gənclik illərimizi danışıb həm dərdləşək, həm gülək istəyirəm. :) Bir gün ana olacam. İgid və ya Həsən adında oğlum, Günəş adında qızım olsun istəyirəm. Adı kimi istilik, işıq saçsın deyə.. Oğluma və qızıma ən gözəl həyatı yaşadıb onları xoşbəxt böyüdəcəm. Onlara insanlığı, qayğını, sevgini öyrədəcəm. Bir gün yaşayacam bu gözəl anıları.. Həyatda nə qədər çətinlik yaşayıramsa yaşayım, mərhəmətimi, vicdanımı və insanlığımı itirmədim, itirməyəcəm. İllər sonra, çox gözəl həyatım olacaq. Özünə yaxşı bax.
·
142 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.