Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

196 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
İlqar Kamil: "Anam üçün"
Kitabı oxumayın ki... Söhbət edin onunla, həmdəminiz olsun. Ağlayın, gülün, üzülün, sevinin onunla. Çünki müəllifim insan psixologiyasının ən dərin qatlarına enib orada təhlillər aparmaq, obrazlarla yaşamaq, onları oxucuya sevdirmək işinə çox gözəl bələddir. Hər başlıqda xüsusi bir sevgi qatıb hekayəsinə yazıçım. Məsələn, yol haqqında elə cümlələr istifadə edib ki, insan getdiyi, yaşadığı həyat yoluna çətin, enişli-yoxuşlu olsa da, aşiq olur. Hələ sərbəst vəzndə yazdığı şeirlərini demirəmm. Əriyib gedir insan oxuduqca. Bir insan susaraq ancaq belə möhtəşəm, təkrarsız sevə bilər bir insanı. Bu sevgini müəllifin sevimli Binyamin obrazında duyub hiss edə bilirsən. İlahi eşq - hər kəsə nəsib olmur, əzizim. Bu həyatı layiqli yaşamaq lazımdır, elə ki, yaşadığın hər günə dəysin, getdiyin yol mənalı, faydalı yol olsun. Binyamin də özünə verdiyi sözə, prinsipə sadiq qalaraq bu yola çıxıb. Şirindil - o qədər çox xüsusiyyət cəmləşib ki bu obrazda. Çox sevəcəksiniz Şirindili. Dilinin şirinliyi, etdiyi yerli zarafatları, Binyamini qısqanması, onun yolunu gözləməsi ilə oxucunun önünə əsl dostluq nümunəsi sərgiləyir Şirindil.)) Müəllim obrazı isə mayak rolunu oynayır bu hekayədə. "Qara günün dostu" adlanan bu rəssam, qaranlıq günlərdə işıq saçır obrazların həyatına. Bəzən heç nə demir, susur, sadəcə göstərir, sən də baxıb-baxıb beləcə dərs alırsan müəllimdən. Müəllifim deyir: "Bir gün sevinə-sevinə allı-güllü ətəyində bir xeyli yeni dərd gətirdi bizə anam. Dedi ki, qorxmayın, dərdlər bizi Allaha çağıran azan səsidir. Bizsə, ahını, ağusunu, giley-güzəranını da sevdik anamızın, dedik ki, gileylər anaların təranəsidir..." #oxumadanölməyin 🩵
Anam Üçün
Anam Üçünİlqar Kamil · Parlaq İmzalar · 202330 okunma
·
1 artı 1'leme
·
104 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.