Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Anlayışları yenidən mənalandırmağa davam
Türk professor Şakir Gözütox "Peyğəmbər dönəmində təhsil və tədris" kitabında yazır ki, ilk ayə endirildikdə Məkkədə cəmi on yeddi adam yazıb-oxuya bilirdi. Mədinədə isə yalnız yəhudilər yazıb-oxumağı bacarırdı. Müsəlmanlar Bədr döyüşündə ələ keçirdikləri müşrik əsirlərə şərt kəsmişdilər ki, bizə yazıb-oxumaq öyrədin, sizi azad buraxaq. Çox güman peyğəmbər özü də ilk "şagirdlər" arasında idi. Çünki mənbələr onun yazıb-oxumağı bacarmadığını desə də, peyğəmbərin ölüm yatağında kağız-qələm istədiyini yazan digər mənbələr də var. Hətta şiələr iddia edir ki, peyğəmbər kağız-qələmi Əlini özündən sonra varis elan edəcəyini yazmaq üçün istəyirdi, buna görə də ətrafındakılar ona kağız-qələm vermədilər. İslamın ilk illərində təhsil yalnız yazdığını oxumağı öyrənməkdən ibarət idi, əlavə oxumağa heç nə yoxdur. Çünki bütün bilgi şifahi depolanırdı. Bəs müsəlmanlar nə zaman əsl yazılı bilgiyə sahib oldular? Ceyms Vestfoll Tompsonun "Ortaçağ Kitabxanaları" kitabının "Müsəlman kitabxanaları" bölümündə göstərilir ki, müsəlmanlar ilk dünyəvi kitablara İranın və Misirin fəthindən sonra sahib olublar. Hind (İran) və yunan mədəniyyəti ilə tanışlıqdan sonra. İlk islam kitabxanaları da bu iki mədəniyyətin ərəb və suryani dillərinə tərcümə olunmuş kitablarında ibarət idi. Buradan biz islam mədəniyyətinin iki, bir-birinə zidd hüceyrəsini kəşf edirik. Hind-İran mədəniyyəti tamamilə mistikadan ibarətdir. Yunan mədəniyyəti isə təbiəti dərketmə fəlsəfəsidir. Beləliklə, bu kitabxanalar əsasında islam dünyasında iki məktəb yarandı Şiraz və Hicaz, daha sadə adıyla desək, ariflər və alimlər məktəbi. Ariflər Şiraza, alimlər Hicaza yığışmışdılar. Və nə qədər ki, yunan kitablarından bəhrələnən əməvilər Abbasilər tərəfindən devrilməmişdi, müsəlman dünyasında elm, fəlsəfə inkişaf edirdi. Hətta əməvilərin frank elçisinə hədiyyə etdikləri "astolyabiya" adlı astronomik cihazı franklar öz ölkələrində "şeytan icadı" deyə sındırmışdılar. Daha çox Şiraz məktəblərinə söykənən Abbasilər bu elmi və fəlsəfi inkişafın qarşısını aldılar. Qəzzali kimi mistiklərə pul buraxdılar ki, yunanlardan gələn nə varsa hamısını söy-biabır elə. Qəzzali gözünə döndüyüm də yazdı ki: "Mən zəka və anlayış baxımından özlərinin digər insanlardan üstün olduğunu düşünən bir qrup şəxs gördüm ki, ibadətlərini tərgitmiş, namazlarını buraxmış, qadağaları məsxərəyə qoymuş və şəriətin qanunlarını pozmuşlar. Onların küfrlərinin yeganə mənbəyi Sokrat, Hippokrat, Platon və Aristoteldir. Onlar ağıllarının çoxluğu ilə məzhəbləri və şəriəti inkar edirlər. Dinin səbəblərinin uydurulmuş əfsanələr olduğuna inanırlar. Bu giclərin üzərində axmaqlığın bu qədər dərin iz buraxdığını gördükdə qədim filosofları rədd etmək, ziddiyyətlərini ortaya çıxarmaq, yollarının pis olduğunu göstərmək üçün bu kitabı yazmağa başladım”. Beləliklə, islam mədəniyyəti hind-fras mistisizminin ümidinə buraxıldı. Bu mistikanın içindən nə çıxdı? Təsəvvüf! İlahiləşdirilmiş homoseksual təbiətli bir düşüncə sistemi. Ariflər alimlərə qalib gəldi. Müsəlman Şərqində elm təhqir olundu. Şakir Gözütoxun kitabında belə bir cümlə var. Qadın səhabələr bir gün peyğəmbərə deyirlər ki, sənin ağzından çıxanları yalnız kişilər eşidir. Bir gün bizi də qəbul et, biz də baxaq görək dinimiz biz qadınlara nə buyurur. Ancaq müsəlman qadınların bu sözü səsi bizə gəlib çatan bütün dövrlərdə qulaqardına vuruldu. Çünki ibrani dinlər kişi tanrı tərəfindən və kişilər üçün göndərilmişdi. Təsəvvüfün, irfanın islamdan götürdüyü, bəlkə də, yeganə element onun bu “kişimərkəzli” təbiəti idi. Bu yerdə irfanın, təsəvvüfün ilahiləşdirilmiş homoseksul təbiəti haqqında yazdığım essedən bir parçanı təqdim edib, söhbətin davamını sonraya saxlayıram. “Təsəvvüf, İrfan kişimərkəzli fəlsəfədir. Yəni cinsi erkək olan homogen fəlsəfədir. Düzdür, yəhudilərin üç-beş əhəmiyyətsiz qadın peyğəmbəri olduğu kimi, Şərqin də üç-beş əhəmiyyətsiz sufi qadını olub tarixdə. Ancaq bu dişi reallığın nə yazılı, nə şifai irfana heç bir təsiri olmayıb. Tanrının doxsan doqquz adının hamısı kişi cinsindədir. İrfan, təsəvvüf kişini qadına bulaşmamağa çağırır, qadın irfan üçün subyekt deyil, obyektdir. Sufi kişi qadından, müvəqqəti həzdən yan keçib ali həqiqətə can atmalı, tanrıda, əbədi həzdə qaynayıb-qarışmalıdır. Bundan ötrü isə ilk növbədə əbədi şəhvət orucu ilə kişiliyini yox etməlidir. Məcnun irfanın məcburi praktikasıdır. Heç bir kişi heç bir qadına ilk görüşdə hansısa fəlsəfi təlimin ölçüləri ilə aşiq ola bilməz. Amma Məcnun bu aşiqliyə məcbur edilir. İrfan onu məcbur edir ki, Leyliyə bax və tanrını gör! İbrani dinlərdə Tanrının bütün sifətləri kişi olduğu və irfan da yerdəki kişini (Məcnunu) bu sifətlərlə qovuşmağa səslədiyi üçün bu Şərq fəlsəfəsinin təməlini təşkil edən eşq anlayışı, əslində, kişinin kişiyə olan sevgisidir. Daha doğrusu, kişinin daha böyük kişiyə olan sevgisidir. Xristianlıqda, heç olmasa, onun Ata statusu var. İrfana, təsəvvüfə görə, tanrıya aparan yol qadın üçün bağlıdır. Bu yol ancaq kişilər üçündür. Eşq bu yolun, yəni irfan, təsəvvüf fəlsəfəsinin çıxış nöqtəsidir. Eşq, irfanın qadını allahla əzməsidir, qadının məişət səviyyəsində aşağılanmasının ilahiləşdirilməsidir. İrfan kişini qadına qarşı "axtalamaq" üçün kişi tanrını onun gözünə ifrat qadın gözəlliyində göstərir. Qeys Leylinin timsalında daha gözəl olanı görüb Məcnun olur. Tanrıya qadın paltarı geyindirir irfan. İbrahim peyğəmbərin gözünə "bığıburma" kişi obrazında görünən tanrını yerdəki kişiyə (matriarxal ənənənin mirası olaraq) dişi qiyafətində təqdim edir. Füzuli Leyli və Məcnunun görüşünü boş yerə "kəmali-merac" adlandırmır. Bu görüşdə irfan Qeysin qarşısına Leylinin libasını geyinmiş tanrını çıxarmışdı. Amma bütün hallarda kişi qadının, dişinin arxasınca gedir. İrfan tanrısının paltarını soyundursan heç bir kişi eşqə mübtəla olmaz. Həm də əlinin altında dörd arvad saxlamaq icazəsi olan müsəlman kişi. Sözümün canı odur ki, yolumuzu dəyişməsək, özümüzü dəyişə bilməyəcəyik...
·
84 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.