Gönderi

272 syf.
9/10 puan verdi
·
14 günde okudu
Bəzi şeylər gerçəkləşməyəndə gözəldir.Bəzi diləklər,arzular elə arzu olaraq qalmalıdır.Sonsuz xəyallar dünyasında gəzərkən insana cazibəli gələn bir xəyalı əyninə geyməsi onu hansı uçurumlardan aşağı atacaq,onu hansı imtahanlarla üz-üzə qoyacaq -bunu bilə bilməz.Eynilə Dorian Grey kimi. Roman Basil Hallwardin ( rəssam) Dorianin portretini çəkməsi ilə başlayır.Dorian çox yaraşıqlı biridir.Hər insan kimi yaşlanmaqdan və ölməkdən qorxur, portretinin önündə dayanıb heyranlıqla portretinə baxar,onun yerinə portretinin yaşlanmasını murad edər və ruhunun şeytanı ilə bazarlıq gerçəkləşər. Lord Henry bu kitabda məni ən çox təəccübləndirən obraz oldu.Onun dialoqlari kitaba ayrı bir hava qatıb. -"Iyi etki diye bir şey yoktur Bay Grey.Etki,özünde tümden gayriahlakidir;bilimsel olarak da böyledir. -"Neden?" -"Çünki bir insanı etkilemek ona kendi ruhunu vermektir " Doriani o mu bu hala gətirdi? Məncə yox.Lord Henry ilə Dorianin dostluğu,Dorianin içində gizlənən pis;gerçək ya da gizlətdiyi tərəfini ortaya çıxardı; Dorian da həyatı həzz üzərinə yaşamağa başladı və bu mövzuda bütün sərhədləri aşdı. Dorian dost qurbanı mi oldu? Düşünmürəm.Dorian qürurunun, qısqanclığınin qurbanı oldu.Butun çirkinlikləri o ruhunda daşıyırdı.Basil onun portretini çəkərkən ,o qürur artıq qabarmışdi.Doriani əsl incidən isə yaşadığı həyatın kirliliyinin portretində əksini görməsi idi,ruhunun bu qədər çirkin olduğunu, yaşlandığını qəbul edə bilmirdi. Son olaraq,bir məktubunda Oscar Wilde qəhrəmanlarının özünü əks etdirdiyini bildirmişdir: - Basil Hallward öz haqqımda düşündüklərim,Lord Henry dünyanın haqqımda düşündükləri,Dorian Grey olmaq istədiyim - (bəlkə başqa yaşlarımda )şəxs idi. "Senin sanatın yaşamın oldu" "Insan ruhunu yitirdikten sonra dünyalar onun olsa neye yarar"
Dorian Gray'in Portresi
Dorian Gray'in PortresiOscar Wilde · Türkiye İş Bankası Kültür Yayınları · 202374,4bin okunma
·
35 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.