Gönderi

304 syf.
8/10 puan verdi
·
Read in 3 days
Müharibənin gəlişi ilə həyatı məhv olan daha bir qadının kitabı...
Kitabın yazarı alman jurnalist Aleksandra Kavelius Saraybosnadakı qadınlar haqqında məqalə yazmaq qərarına gəlir və araşdırmalar aparmağa başlayır. Günlərin birində Leyla ilə tanış olur. Leyla başına gələnləri ona danışdıqdan sonra jurnalist bu kitabı yazmağa başlayır. On altı yaşlı Leyla paytaxt Sarayevo yaxınlığında yerləşən kiçik, dinc bir şəhərdə böyüməkdədir. O, digər gənc qızlar kimi musiqi dinləyir, məhəbbət romanları oxuyur, gələcək haqqında xoş xəyallar qurur. Amma Bosniyada başlayan amansız müharibə öz qorxunc tərəfləri və dəhşətləri ilə onun bütün xəyallarını çilik-çilik edir... O məsum qız filmlərdə belə baxa bilmədiyi dəhşətli hadisələrin içərisinə düşür və iki il ərzində əsir düşərgəsində qalaraq ağlasığmaz işgəncələrə məruz qalır... Digər müharibələrdə olduğu kimi bu müharibədə də qadınlara məqsədyönlü şəkildə və xüsusi tapşırıqlar əsasında, əsir düşərgələrində əsgərlər tərəfindən kütləvi şəkildə təcavüz edildiyini düşünürəm. Düşmənlər müsəlman ailələrin ailə qanunlarını bildiklərinə görə qəsdən təcavüz əməlini həyata keçirirlər. Onlar bilirdilər ki, bu cinayətlərlə müsəlman ailələrinə necə böyük zərbələr vururlar. Lakin bu müharibə də qadınlara, uşaqlara yaşadılanlar məni təəccübləndirmədi, əlbəttə, kədərləndirdi amma təəccübləndirmədi. Çünki, biz Azərbaycan xalqı olaraq uşaqlara, qadınlara yaşadılanlarla yaxından tanışıq– Birinci Qarabağ müharibəsi zamanından. Bosniya müharibəsi ilə Qarabağ müharibəsindəki hadisələr həm tarix, həm də yaşadılanlar baxımından bənzərdir. Bu iki müharibənin bənzərliyi məni daha çox kədərləndirdi. Oxuyarkən çoxu zaman bu işgəncələrin, bu cisimləri yaşayan, ruhları isə ölü olan qadınlara yaşadılanların nə zaman bitəcəyini düşündürür kitab. Amma təəssüflər olsun ki, bu yaşadılanlar yüz illərdir davam edir. Bir daha, yenidən, ümid edək ki, bir gün...bir gün bu yaşadılanlar və ədalətsizliklər tamamilə sonlanacaq. "Unutmayınca bağışlaya bilməyəcəyəm. Bu elə bir şeydir ki, hər zaman insanın arxasınca düşür– səhərlər yuxudan duranda da, axşamlar yatağa uzananda da. Yalnız övladlımla oynayarkən əhatə olunduğum dünya harasa qərq olur. Uzun müddət içimdə dəhşətli qətl həvəsi ilə yaşamışam. Mənə əzab-əziyyət verənləri bir-bir tapıb bıçaqlamaq istəyirdim. Amma o vaxtlar ağlım başımda deyildi. Bu gün isə mən fəxrlə onların qarşısına çıxar və deyərdim: "Baxın! Mən sağ qalmışam". Mən heç nəyə baxmayaraq, yaşamağa davam etmək əzmindəyəm."
Leyla
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20177.5k okunma
·
104 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.