10/10
·144 syf.··
Beğendi
·
2023 7. kitabı
Yazıçı, Osamu Dazai 20-ci əsr Yapon ədəbiyyatının tanınmış simalarından biridir. Əsl adı Shūji Tsushima olan yazıçı, zəngin, hörmət sahibi, siyasətlə iç-içə bir ailənin 12 uşağından biri olub. Və Yapon yazıçı Kommunist partiyaya üzv olur deyə, ailəsi onu övladlıqdan rədd edir. Yazmağa isə, 17 yaşında başlayıb. "Pandora'nın Kutusu" (Pandora's Box) əsərini intiharından 3 il əvvəl yazmış olması isə çox maraqlı haldır. O, 4 dəfə intihara cəhd edib, 4-cü səfər isə, bu uğurlu olub Mifologiyadan bildiyimiz kimi, Pandoranın qutusu açılan kimi bütün dünyaya pislik yayılar. Amma qutunun küncündə xırda bir daş var və bu daşın üzərində "Ümid" yazılıb. İnsanoğlu ən dərinə düşsə belə, o ümid həmişə var və o parıldayan xırda daşı tapmq kifayətdir. Kitabda 2-ci Dünya Müharibəsindən sonra "Tarlakuşu" ləqəbli biri, sanatoriyada başına gələnləri bir dostuna məktublarla izah edir. Kitab da bu məktublardan ibarətdir, hər biri bir-birindən maraqlı və dərin düşüncələrlə doludur. Mən çox sevdim, məncə, asanlıqla oxunan, axıcı və mənalı əsər idi.
Pandora'nın KutusuOsamu Dazai · İthaki Yayınları · 20236bin okunma
·
68 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.