Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

128 syf.
9/10 puan verdi
"Yad" (L'Étranger) Albert Camusun 1942-ci ildə nəşr olunan qısa romanıdır. Roman: "Bu gün anam öldü. Ya da dünən ölüb, bilmirəm." Cümlələri ilə başlayır. Burda yazıçı ölümün əslində nə qədər bəsit və unudula bilən bir anlayış olduğunu izah edir. Əsərdə Albert Camus "İnsan həyatının dəyəri və mənası varmı?" Sualına cavab axtarır, amma əsər boyu bu suala cavab yoxdur. Lakin həm fransız cəmiyyəti ilə əlaqəli bəzi nüanslar, həm də azadlıq, din və inanclarla bağlı bir neçə məqamı vurğulayaraq, hər oxucuya bunu fərqli şəkildə başa salır. Mən əsəri oxumamışdan əvvəl, "Yad" adının başqa bir yerdən harasa gəlmiş bir adamın macəraları ilə əlaqəli olduğunu düşünmüşdüm. Əslində, bu kitabın adındakı "Yad" , insani duyğulara yad olan adamla əlaqəlidir. Əsər 2 hissədən ibarətdir, 1-ci hissə nisbətən bəzi məqamlarda sıxıcı gələ bilir, amma 2-ci hissəni oxuyarkən əsər insanda maraq doğurur. Elə buna görə də, dəyərləndirməmdə kitaba 4 ulduz verdim :) Sevərək oxuduğum əsər idi. Həm çox axıcı idi, həm də insanı düşündürən məqamlar bol idi. Bəlkə də, oxumasanız fərqində olmayacağınız bir neçə sualı beyninizdə cavablandırmağa vadar edir. Həm qısa, həm axıcı, həm də düşündürücü əsər istəsəniz, mütləq oxuyun Onu da deyim ki, əsər 1957-ci ildə Nobel mükafatına laiq görülüb.
Yad
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020111,6bin okunma
·
78 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.