"Lakin o gəlmədi. Mən də incimədim..."
10/10
·224 syf.··
2023 9. kitabı
Düşünürəm ki, uzun müddətdir belə güclü qadın personajı olan bir əsər oxumamışdım. Onu deyim ki, "Söyüdlü arx" romanı Azərbaycan ədəbiyyatında ilk lirik-psixoloji üslubda olan əsərdir və bu üslubun başlanğıcı olaraq hesab edilir. Əsəri baş obraz Nuriyyənin dilindən oxuyursunuz. İnanın mənə, kitabın ortalarında gəldikcə hiss edəcəksiniz ki, Nuriyyə sizə doğmalaşır. Hadisələr Azərbaycanın uzaq bir kəndində, 50-ci illərdə cərəyan edir. Mən sizə Nuriyyədən danışmaq istərdim. Nuriyyə balacalıqdan valideynlərini itirən və öz ayaqları üzərində durmağı hələ kiçik yaşlarından öyrənən bir obrazdır. Yuxarıda qeyd etdiyim kimi, həqiqətən oxuduğum çox az kitabda belə güclü və fədakar qadın obrazıyla rastlaşmışam. Amma oxuduqca insan düşünür ki, bu qədər fədakar olmağa dəyər? Sevdiyi insanın həyatını öz həyatından önəmli yerə qoyan, öz xoşbəxtliyini onun xoşbəxtliyinə bağlayan Nuriyyə, fikrimcə həddindən artıq fədakardır və bu sadəcə və sadəcə onun özünə zərər verirdi... Əsərdə Nuriyyənin monoloqlarından biri bunu daha aydın izah edir: "...Sən uşaqlıqdan qəm-qüssənin ağır yükünü daşımağı öyrənmisən, həyatının ağır günlərində taleyindən şikayət eləməmisən. Sən dözümlüsən. Bu qaydadır: həyat özü həmişə dözümlülərin yükünü artırır..." Bəzən insanlara fədakarlıq etdikcə, bunu sənin borcun imiş kimi görürlər və artıq səndən daha da artığını davamlı olaraq tələb etməyə başlayırlar. "Qaldı ki mən...Mənə bundan artıq bir şey lazım deyil. Məgər sənin səadətin mənimki demək deyilmi? Mən ölsəm də, xoşbəxt qalsam da!" Kitab çox axıcı idi. İlyas Əfəndiyevdən oxuduğum ilk kitab idi, amma son olmadığını da bildim. Əsəri insan oxuduqdan sonra bir az gec həzm edir, bir nüddət sadəcə Nuriyyə haqda düşünürdüm, istəmədən də olsa. Hər kəsə tövsiyə edə biləcəyim bir Azərbaycan ədəbiyyatı incisi idi.
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,308 okunma
·
40 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.