Gönderi

10/10
·64 syf.··
Beğendi
·
2023 19. kitabı
Birdən-birə mənə nə oldu, niyə bu qədər çox Stefan oxumağa başladım bilmirəm, amma həqiqətən hər əsərini böyük bir zövqlə oxuyuram və hər dəfəsində mənə çox şey öyrədir. Bu əsəri isə "Sabırsız Yürek"-dən sonra məndə şok yaradan ikinci kitabı idi. Kitaba gəldikdə, ilk olaraq sizə kitabın adındakı "Amok"-un nə olduğunu izah etmək istərdim. Amok psixoloji bir xəstəlikdir. Bu amansız xəstəliyə düşən insanlar kiməsə hücum edir, şiddət göstərir və adətən bunun sonu ölümlə nəticələnir. Malayziya, Puerto Riko və Filippinlərdə yayılan, guya mədəni bir təbiətə sahib olan nadir bir sindromdur, halbuki modernləşdirilmiş mədəniyyətlərdə də hadisələr baş vermişdir. Dünyada baş verən bəzi qatil və ya cinayətkarların xəbərlərində, çox güman ki görmüsünüz, insanları kütləvi şəkildə yaxud da sadəcə bir nəfəri öldürüb, sonda özünü öldürən qatilləri. Bunların hər biri, "Amok Koşucuları"-dır. Kitabdakı hadisələr isə Avropaya dönüş edən bir gəmidə səyahət zamanı baş verir. Bu hadisələri danışan şəxs bir gecə onu burada gördüyünü heç kəsə deməməsini istəyən Alman həkimlə tanış olur. Ertəsi gün bu həkimin yanına yenidən gəlir və söhbət edirlər. Həkim ona içki təklif edir və öz hekayəsini danışmaq istəyir, beləcə həyatı boyu yaşadıqlarından məhv olan bu həkimin hekayəsini dinləmiş oluruq. Stefan əsərdə oxuyucularına peşmanlıq, iztirab, bağlılıq, gözlənti, qeyri-müəyyənlik, ümidsizlik və bunun kimi duyğu durumlarını çox gözəl yaşadır. -Amok nədir bilirsiniz? -Amok? Hə, deyəsən bilirəm, bir növ sərxoşluqdur. -Sərxoşluqdan daha çoxudur. Bu normal bir alkoqol zəhərlənməsi ilə müqayisə edilməyəcək növdə bir dəlilik, insan quduzluğu, ölümcül və mənasız bir xəstəlikdir. İnsan arzuları 60 səhifədə yalnız bu qədər mükəmməl ifadə edilə bilərdi və bunu yəqin ki sadəcə Stefan bacarardı!
Amok KoşucusuStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2021134,6bin okunma
·
21 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.