"Sabahı düşünən adam heç vaxt qəhrəman ola bilməz."
"Gözlərini,qulaqlarını bağla və ruhunu aç!"
Bu kitaba başlayanda elə bilirdim ki sadəcə sevgi romanıdır.Ona görə bu kitabı oxumağa təəssüf ki gecikdim.Amma ön planda Əli və Ninonun bir-birinə qarşı olan sevginin olmasına baxmayaraq,onların vətənlərinə olan sevgisini də gözdən qaçırmaq olmur.Əli və Ninonun məktəb yaşlarından başlayan sevgisini,ölkələr arasında olan savaşı,mədəniyyətlər arasındakı fərqi və başqa baxış bucaqlarını əhatə edən möhtəşəm bir kitabdır !
Kitab təhlili edərkən kitabda baş verən hadisələrdən danışmağı sevmirəm,çünki daha çox onun məndə yaratdığı təəssüratla sizdə maraq oyatmağa çalışıram və deyə bilərəm ki bu mükəmməl əsəri oxumamısınızsa,mütləq əldə edin.
Qurban Səidin qələmi o qədər axıcıdır ki,insan kitabı əlindən qoymaq istəmir,qısa müddətdə oxuyub bitirir.Hər kəsə tövsiyəmdir