Gönderi

144 syf.
9/10 puan verdi
·
Read in 3 days
mütləq oxunacaq olan kitablardan biri
Bir kitab düşünün. Böyük depressiya dövründə yazılsın. Bir-birinə zidd olan iki anlayışdan bəhs olunsun. Dostluq və faciə kimi. Və oxuyucular tərəfindən böyük rəğbət qazansın. Bəli, bu
John Steinbeck
John Steinbeck
Siçanlar və Adamlar
Siçanlar və Adamlar
kitabıdır.
Siçanlar və Adamlar
Siçanlar və Adamlar
Corc və Lenni adında bir-birindən hər cəhətdən tamam fərqli olan iki dostun hekayəsindən bəhs edən bir əsərdir. Lenni ucaboy, enlikürək, görkəmli idisə, Corc da onun əksi olaraq bəstəboy və qarayanızdır. Lakin Lenni nə qədər güclü görünsə də, Corcdan əqli cəhətdən zəif olması ilə fərqlənirdi. Bütün bunlara baxmayaraq heç kimin bilmədiyi onları bir-birinə bağlayan nə isə vardı. Corc heç vaxt Lennini yalnız qoymaz, onu incitsə də dərhal pis olub dostunun könlünü alan biri idi. Onların bir-birilərindən başqa nə kimsəsi, nə də evi vardı. Onların bir xəyalı vardı; birlikdə pul qazanıb yığıb bir bağ almaq, Lenninin istədiyi kimi dovşan saxlamaq, qışda olsa, yağışda olsa, sobanı yandırıb yanında oturacaqları bir isti evlərinin olması. Onlar özlərinə yeni iş tapırlar və bu işdən qazanc əldə edərək xəyallarını reallaşdırmaq istəyirlər. Yaxşı, bəs onlar özlərinə yeni iş tapdıqdan sonra xəyallarını gerçəkləşdirə biləcəklərmi? Ən əsası dostluqları pozulacaqmı? Başlanğıcda yazdığım iki zidd anlayış elə belə deyildi. Hekayə başlarda daha doğrusu giriş və əsas hissədə hadisələr çox normal irəliləyir sanki heç bir şey olmayacaqmış kimi, onlar xəyallarını reallaşdıracaqlar kimi. Lakin biz əsla kitabın sonunu təxmin edə bilməyəcəyik, bu son ağlımıza belə gəlməyəcək. Kim bilə bilərdi ki, bu hekayənin axırı bu sonla bitəcək. Bu hekayənin obrazlarından olan zəncinin dediyi kimi: "Hərə bir parça torpaq ümidi ilə yaşayır. Burada o qədər kitablar oxumuşam ki... Onu bilirəm ki, heç kəs havaya qalxan deyil, heç kəsə də öz torpağı qismət olmayacaq. Elə-belə xülyadı. Baxırsan, adamlar duranda da, oturanda da torpaqdan danışır." (Səhifə 97) Yalnızca, bu hekayənin sonunu çoxlu kitablar oxuyan tənha bir zənci bildi. Kitabı tövsiyə edirəm, oxuyacaqlara xoş mütaliələr!
Siçanlar və Adamlar
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 0173.1k okunma
·
2 plus 1
·
97 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.