Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

360 syf.
9/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
Kitabı çoxdan almış olmağıma baxmayaraq, hələ indilərdə oxuma fürsətim oldu. Düzü nə həddən artıq heyran etdi, nə də məyus. Gözlədiyimdən daha fərqli sonlanması da əsəri müəyyən qədər təsir gücü baxımından zəiflətdi mənə görə. Digər yandan kitabın obrazlarından bəhs edəcək olsam, deyərdim ki, romantiklik və sevgi məncə daha uzaqdır bu kitaba. Hazel məndə çox eqoist biri təəssüratını yaratdı, bu baxımdan onu çox da sevə bilmədim açığı. Bilmirəm, sözlərlə ifadə edə bilməyəcəyim şəkildə bir hiss var içimdə. Hazel mənə bu hissi yaşadır, bu hiss mənə onun səmimiyyətsiz və çıxar güdən biri olduğunu düşündürür. Digər yandan Aqust... Hazelin Aqustun sevgisinə layiq olmadığını düşünürəm. Hazeldə yerinə oturmayan daşlar çoxdur, mənə görə. Digər yandan Aqust daha netdir və səmimidir. Dəyər verdiyi hiss olunur, hər addımında. Həzeldə isə bu belə deyil. Kitabdan sonra filmini də izlədim. Filmi mənə görə o qədər bərbad idi ki, o haqda bəhs etməyə belə dəymir. Kitabı oxumayanlar filmi bəyənmiş ola bilər, oxuyandan sonra nə qədər səhnənin çıxarıldığını,nə qədər söhbətin yarım qaldığını gördükdə, nə demək istədiyimi anlayacaqlarına əminəm. Üstəlik obrazlar da çox əlaqəsiz aktyor/ aktrisalar tərəfindən canlandırılmışdır. Həmçinin geyimlərə də diqqət etməmələri... Qısacası çox pis.
Eyni Ulduzun Altında
Eyni Ulduzun AltındaJohn Green · Qanun Neşriyat · 201523,2bin okunma
·
41 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.