Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

250 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Gecikmiş ilk incələmə...
İşlər imkan versə
Qarmaqarışıq
Qarmaqarışıq
ın incələməsi tez olacaqdı, amma olmadı. Yazıçı
Nəimi
Nəimi
ilə dostluq əlaqələrimə baxmayaraq ən yaxşı bacardığım işi görüb, hisslərimi tam səmimi bir tərzdə ifadə edəcəm. Deməli belə... İlk öncə nələri sevdim? Məsələ üz qabığı İNEFFABLE idi (Bir az təbəssümlə başlayaq dedim.) Kitabın dili əla idi, bu da öz növbəsində hadisələrin axıcılığına müsbət yöndə öz təsirini göstərdi. Beləliklə, əsərdə baş verənlərin təsəvvürdə canlandırmaq mükəmmələ yaxın dərəcədə asan oldu. Tam səmimi axırıncı dəfə bu cür - kino kimi əsər oxuduğum yadıma gəlmir. Olubsa da, bizim tərcümələr sağolsun hiss eləməmişəm )). Ad seçimləridə əla idi. Nəyi sevmədim? Bunu qeyd etməzdən qabaq azyaşlı və ürəyi zəif insanlara kitabı oxumağı məsləhət görmürəm. Kitabı oxuyarkən çox əsəbləşdiyim,hətta ondan sonra bir günə yaxın müddətdə kitabı oxumadığım oldu. Əsəbdən işdə kitabı yarımçıq saxlayıb əsəbim soyusun deyə, dəli kimi qonşu otaqları gəzməyim kimi... Məncə əsərin dili mükəmmələ yaxın olduğu kimi hadisələrin bu cür şiddət içərməsi yaxşı deyil. Düzdür, bu tip süjetli kitabları çox sevən çox sayda insan var. Amma yenədə ,fikrimcə, bu əsərin yazı üslubuna və sevilməsinə kölgə salan amil deyil. Yenə deyirəm bu tip əsərləri yazan çox sayda tanınmış yazıçı və onları sevən öz oxucuları var.
Nəimi
Nəimi
, bu sadəcə gələcək üçün quracağın uğur buz dağının sadəcə görünən tərəfi olduğuna inanıram. Çünki fərqli üsluba, fərqli bir dilə sahibsən. Qısası əsas fərq Sənsən. Sadəcə xəyal qurmağa, inanmağa və çalışmağa tam sürətlə davam. Bu bir istək deyil, əmrdir Birdə ikinci kitabda əsər xoşbəxt sonluqla bitsə əla olar.
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024104 okunma
··
1 artı 1'leme
·
888 görüntüleme
Nəimi okurunun profil resmi
Gözəl sözlərini qoyuram bir qırağa. Bu kitabın mənə qazandırdığı ən böyük mükafat sən oldun. Dəstəkçim də sən oldun. Hələ üz qabığını da İNEFFABLE etməyini demirəm)) Təbii ki kitablar yazılacaq, yazacayıq. Amma ən ümdə arzum hər şəraitdə, hər maneədə dostluğumuzun davam etməsidi. Sən və
Niyaz
Niyaz
, siz "Qarmaqarışıq"ın dost prinsiplərində bir istisnasız.
VüsaIe Quluzadeh okurunun profil resmi
Huneri varrrr xosbext sonluqla bitmesinn)
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.