Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

456 syf.
10/10 puan verdi
·
15 günde okudu
"Sən yer üzündə olmayanda, Vinsent, dünya sənin nə demək istədiyini başa düşüb anlayacaq." Necədə düzgün vurğulanmışdır bu söz. Ah Əziz Vinsent kaş vaxtında sənin və əsərlərinin daxilində yatan füsunkarlığı görə bilsəydi insanlar,onda yaşamının ən gənc çağlarında həyata göz yummaz, geriyə daha çox sənət nümunələr buraxardın. Bəlkə özünün dediyi kimi "o, yaşadığı dövrün deyildə özündən sonra gələcək nəslin rəssamı idi Van Qoq." Kitab tanınmış rəssam Vinsent Van Qoq  həyat və yaradıcılığından bəhs edir.Hər bir insan həyata niyə? gəldiyini bəlkə ömründə bir dəfə olsa belə düşünmüşdür.Bu dünyada o hansı missiya üçün var olduğunu bilmək istər lakin ömrünün sonuna qədər bu sualların cavabın axtarmaqla keçirər.Vinsent Van Qoq da həyatda öz peşəsini tapana qədər müxtəlif sahələrdə çalışdı.Artıq 27 yaşında o nə üçün var olduğunu tapmışdı o rəssamlıq üçün doğulmuşdu.O sadəcə gördüklərini köçürtmürdü o çəkdiylərinin ürəyini tapır ora enir və ora baş verənləri insanlara elə şəkildə çatırmaqa çalışırdıkı insalar onların bütün daxili əzab və iztirablarını duysun.Van Qoq tamamilə fərqli bir rəssam idi bütün uğursuzluqlarına,həyatın keşməkeşlərinə baxmayaraq heç bir zaman ümidini itirməyərək davam edirdi.Sevgidə bəxti gətirmədi rəssamımızın,xoşbəxt bir ailə onunda arzusunda var idi amma sevdikdə sevilmədi,sevildikdə isə sevmədi. Kitabda Vinsentdən sonra pərəstiş etdiyim ikinci insan isə Teo Van Qoqdur.Vinsentin həyatında Teonun olması onun ən böyük şansı,uğuru idi. Bəlkədə Teo olmasaydı dünya Vinsent Van Qoq kimi sənətkarı tanımaycaqdı. Rəssamın 39 illik yaşam mübarizəsini İrvinq Stone o qədər gözəl incəlikləri ilə təsvir etmişdirki hər hər kəs mütləq oxumalıdır.
Yaşamaq Yanğısı
Yaşamaq YanğısıIrving Stone · Avrasiya Press · 2006321 okunma
·
87 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.