Gönderi

144 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 6 days
Çarlz Dikkens: "Yeni il nəğməsi"
Əsərdə simic, qaraqabaq bir sələmçi olan Ebenizer Skrucun keçmişdə, hazırda və gələcəkdə başına gələcək olanların fonunda keçən həyatından bəhs olunur. İnsanların ehtiyaclarına, hisslərinə tamamilə biganə yanaşan, hətta onların xoşbəxt olmasına belə qıcıqlanan daşqəlbli Ebenizer Skruc üç ruh vasitəsilə dəhşətli yuxular kimi görünən keçmiş günahlarına səyahət edir. İllərlə bir yerdə çalışdığı şəriki Marlinin ruhu bir gecə Skrucun evinə baş çəkir. O, dostuna hələ heç nəyin bitmədiyini, nə qədər vaxtı varsa dəyişə biləcəyini, günah etməkdən əl çəkməsini deyir və onu ziyarət üçün üç ruhun gələcəyi ilə xəbərdar edir. Dikkens bizə bildirir ki, hətta ən pis insanın qəlbində də bir iman işartıları olur ki, bu işartılar onun inamsızlıq quyusunda tamamilə məhv olub getməsinə imkan vermir. Kitabda o qədər dəhşətli, bir o qədər də düşünməyə vadar edən səhnələr var ki. Hətta mən, bu kitabın uşaqlar üçün nəzərdə tutulmasına rəğmən, sırf yetkin yaş kütləsinin daha çox oxumasının vacibliyini vurğulayardım. "İnsanın bu dünyada etdiyi bütün günahlar (acımasızlıq, xəsislik, əxlaqsızlıq, dünyaya kor, kar və lal olmaq) o dünyada ağır zəncirlər kimi bədəninin hər bir yerindən asılacaq" düşüncəsi oxucu üçün çox zəruri bir mesajdır. Yazıçı deyir ki, sənə verilən bu qısa ömrün qədrini bil, onu mükəmməl şəkildə dəyərləndir. (Eynilə Quran ayələri). Düzdür Ebenizer Skruc geriyə - bu dünyaya qayıdır, ancaq bu sadəcə filmlərdə və kitablarda olur, heç kimin bu cür şansı bir daha olmayacaq, nə edəcəyiksə, indi, bu gün, bu an edəcəyik. Çalışaq ki, GECİKMƏYƏK!
Yeni İl Nəğməsi
Yeni İl NəğməsiCharles Dickens · Parlaq İmzalar · 07.4k okunma
·
71 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.